Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsində şəhid olmuş Vüqar Səmədlinin anım günü qeyd edilmişdir.

20 fevral 2021 | 16:00

Vətən müharibəsində öz canlarını qurban verərək şəhid olmuş Qəbələnin qəhrəman oğullarından biri, Yengicə kənd sakini Səmədli Vüqar Vaqif oğlunun doğum günü münasibətilə rayon icra hakimiyyətinin, rayon təhsil şöbəsinin, rayon gənclər və idman idarəsinin əməkdaşları, şəhidin ailə üzvləri və təhsil aldığı məktəbin kollektivi şəhidin məzarını ziyarət etmişlər. Səmədli Vüqarın xatirəsi sonsuz ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Göstərilən yüksək diqqət və qayğıya görə şəhidin valideynləri ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər