Qəbələ rayon icra hakimiyyətində mobil qrup üzvlərinin iştirakı ilə fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində monitorinqlər davam edir.
Monitorinqlərin keçirilməsinin əsas məqsədi əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərini gücləndirmək, insanların sıx toplaşdığı ərazilərdə koronavirus infeksiyasının fəsadları, eləcə də sanitar-epidemioloyi qaydalara əməl edilməsi ilə bağlı izahat işləri aparmaqdan ibarətdir.