Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhid İsmayıl Qurbanovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

06 mart 2021 | 16:00

Bu gün Qarabağı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri  Böyük Pirəli kənd sakini, şəhid Qurbanov İsmayıl Yaşar oğlunun doğum günüdür.
Bu münasibətlə Qəbələ rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Qızıl Aypara Cəmiyyəti rayon şöbəsinin əməkdaşları, şəhidin  təhsil aldığı kənd məktəbinin kollektivi və ailə üzvləri şəhid İsmayıl Qurbanovun məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş,  ruhuna dualar oxunmuşdur.
Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə  Azərbaycan  Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər