Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon icra hakimiyyəti tərəfindən şəhidlərin ailələri Novruz bayramı münasibətilə ziyarət edilmişdir.

18 mart 2021 | 16:00

18 mart 2021-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsində canlarını qurban verərək şəhid olmuş qəhrəman oğulların  ailələri Novruz bayramı münasibətilə ziyarət olunmuş, onlara bayram sovqatı çatdırılmışdır.
Ziyarətçilər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, şəhid ailələrinin isə daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını bir daha onlara bildirmişlər.
Şəhidlərin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər