Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi Tural Cəlilovun doğum günü münasibətilə xatirəsi anılmışdır

10 aprel 2021 | 16:00

Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən igid Vətən oğullarından biri- Yeni Dizaxlı kənd sakini, şəhid Cəlilov Tural Cəllad oğlunun doğum günüdür.
Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, şəhidin  təhsil aldığı kənd məktəbinin kollektivi və ailə üzvləri Tural Cəlilovun məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur.
Şəhidin valideynləri şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə  ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər