Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhid Mikayıl Əhmədovun anım günü qeyd edilmişdir

25 iyul 2021 | 04:00

Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən birinin- Savalan kənd sakini, Əhmədov Mikayıl Hümmət oğlunun doğum günüdür. Qəbələ rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin əməkdaşları, şəhidin  təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri Mikayıl Əhmədovun məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər