Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunun Zarağan kəndində 528 şagird yerlik yeni məktəb binasının tikintisi davam edir

31 avqust 2021 | 16:00

Prezident İlham Əliyevin 2020-ci il iyulun 30-da imzaladığı Sərəncama əsasən Qəbələ rayonunun Zarağan kəndində 1 saylı tam orta məktəb üçün inşa olunan 528 şagird yerlik yeni məktəb binasının tikintisi davam edir. Hazırda binanın üçüncü mərtəbəsində hörgü işləri görülür. Müasir standartlara uyğun inşa edilən üçmərtəbəli yeni məktəb binasının tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son illər Qəbələ rayonunda 6-sı modul tipli olmaqla, 36 yeni məktəb binası tikilib istifadəyə verilib, 10 məktəb binası isə əsaslı təmir olunub.

Keçidlər