Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəhid Elvin Abdurahmanovun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub

06 sentyabr 2021 | 16:00

Qəbələ rayonunun Laza kəndində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Abdurahmanov Elvin Əbülfəs  oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq kompleksinin açılışı münasibətilə tədbir keçirilib. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı qələbədən, əsgər və zabitlərin qəhrəmanlıqlarından danışıblar. Şəhidin ailə üzvləri ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər