Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dekorativ-tətbiqi sənət dərnəyi (Sanama tikiş növü üzrə) uğurla başa çatıb

15 sentyabr 2021 | 16:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dekorativ-tətbiqi sənət dərnəyinin (Sanama tikiş növü üzrə) uğurla başa çatması münasibətilə tədbir keçirilmişdir. Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxışında  mərkəzdə müxtəlif istiqamətlərdə dərnəklərin təşkilinin əhəmiyyətini qeyd edərək, əməyi keçən hər kəsə təşəkkürünü bildirmiş, uğurlu nəticə göstərərək sertifikata layiq görülən dərnək iştirakçılarını təbrik etmişdir. Daha sonra çıxış edənlər Sanama tikiş növünün incəliklərinin öyrənməsində, gənc və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilində, dekorativ-tətbiqi sənət növlərinin öyrənilməsi və təbliğində dərnəyin xüsusi rolunu vurğulamışlar. Sonda dərnəyi uğurla bitirən iştirakçılara sertifikatlar təqdim edilmiş və dərnək iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Keçidlər