Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dünya Məktəblilərinin İdman Oyunlarında yeniyetmə çüdocumuz bürünc medal qazanmışdır

21 sentyabr 2021 | 04:00

Serbiyanın paytaxtı Belqrad şəhərində yaxın günlərdə keçirilmiş Dünya Məktəblilərinin İdman Oyunlarında Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçisi Eyvazlı Hüesyn Ceyhun oğlu 66 kq çəki dərəcəsində fəxri kürsüdə yer alaraq bürünc medal qazanmışdır. İdmançımızın bu yüksək qələbəsi rayon Gənclər və İdman İdarəsi tərəfindən qiymətləndirilmişdir. Belə ki, rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov idmançımızı və onun məşqçisi Rail İsmayılovu qəbul edərək Azərbaycanda idmana göstərilən dövlət qayğısından, idmanın maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsindən və bunun nəticəsində əldə edilən nailliyyətlərdən danışmışdır. Daha sonra Fəxri Soltanov Hüseyn Eyvazlını bürünc medal qazanması münasibətilə təbrik etmiş, uğurlarının davamlı olmasını arzulamışdır. Görüşdə idmançıya fəxri-fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.

Keçidlər