Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Vətən Müharibəsi şəhidi Sərvan Eyyubovun il dönümü qeyd edilmişdir

13 oktyabr 2021 | 04:00

Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhadətə ucalan Vətən müharibəsi şəhidi Eyyubov Sərvan Yusif oğlunun ildönümü münasibətilə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidin təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, xatirəsi anılaraq, ruhuna dualar oxunmuşdur. Şəhidin ailəsi mərasim iştirakçıları tərəfindən evlərində ziyarət edilmişdir. Ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər