Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi Elşən Dəmirlinin doğum günü ilə əlaqədar xatirəsi anılıb.

15 oktyabr 2021 | 16:00

Vətən müharibəsində canından keçmiş igidlərdən biri olan Qəbələ rayon Nic qəsəbə sakini Dəmirli Elşən Gündüz oğlunun doğum günü münasibəti ilə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri və Elşən Dəmirlinin təhsil aldığı məktəbin kollektivi  şəhidin məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, ehtiramla xatirəsi anılaraq ruhuna dualar oxunmuşdur. Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlığa görə ölümündən sonra Dəmirli Elşən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “ Vətən uğrunda” və “ Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər