Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda 19,5 min hektarda payızlıq dənlilərin səpini proqnozlaşdırılır

16 oktyabr 2021 | 16:00

Qəbələ rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpininə başlanılıb. Cari mövsümdə rayonda gələn ilin məhsulu üçün 19,5 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Payızlıq dən bitkilərinin səpini üçün indiyədək 17 min hektardan çox sahədə şum qaldırılıb. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 5 min tonadək yüksək reproduksiyalı toxum fondu yaradılıb. Hazırda əkin sahələrində 34 ədəd şum traktoru, 12 taxılsəpən aqreqat və digər texnikalar işləyir. Torpaq mülkiyyətçiləri payız səpinini noyabrın sonunadək başa çatdırmağı planlaşdırırlar.

Keçidlər