Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində tanınmış bəstəkarların əsərləri, Vyana Akademik orkestri solistlərinin çıxışları və muğam axşamı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

26 iyul 2014 | 03:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Azərbaycanın milli musiqi mədəniyyəti tarixində yeni bir ənənənin təməli sayılan, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsində, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
Festivalın proqramına uyğun olaraq saat 12:00-da “Qafqaz Resort” hoteldə təqdim edilən növbəti kamera konsertində tanınmış Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Konsertdə müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları, pianoçular – Aslan Aslanov, Müşfiq Quliyev, Alfred Corto adına Paris Musiqi Məktəbinin tələbəsi, klarnet ifaçısı Səddam Novruzbəyov, Madrid Kraliça Sofiya adına Ali Musiqi Məktəbinin tələbəsi, skripka ifaçısı Kamran Quliyev çıxış ediblər. Musiqiçilər gözəl çıxışları ilə dinləyicilərin qəlbinə yol tapıblar.
Daha sonra proqrama uyğun olaraq saat 18:00-da  “Qafqaz Resort” hotelin kamera zalında keçirilən növbəti kamera musiqisi axşamında Vyana Akademik orkestri solistləri çıxış ediblər.
Klassik Avropa bəstəkarlarının əsərlərini təqdim edən Avstriya orkestri solistləri gözəl çıxışları dinləyicilər tərəfindən yüksək alqışlarla qarşılanıb.
Günün sonunda saat 21:00-da möhtəşəm festivalın proqramına uyğun olaraq acıq hava şəraitində  muğam axşamı dinləyiciləri heyran edib.
Konsertdə Əməkdar Artist, Prezident mükafatçısı Səbuhi İbayev, müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva, “Muğam – Televiziya müsabiqəsi 2011”in qalibi Səbinə Ərəbli, istedadlı xanəndə Sərxan Bünyadzadə çıxış etdilər.
Ümumilikdə 1000-dən çox tamaşaçının izlədiyi konsertdə muğam kompozisiyaları və bəstəkarlarımızın əsərləri səsləndirilib.
Muğam ifaçılarını Əməkdar Artist Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Mehman Nuriyev (balaban), Səfa Kərimov (ud), Emin Cəbrayılov (nağara), Çinarə Mütəllibova (qanun) müşayiət edirdilər.
Xanəndələrin ifasında “Segah”, “Cahargah”, “Dilkəş”, “Şüştər”, “Bayatı-Şiraz” təsnifləri, eləcə də “Qaragilə”, “Xumar oldum”, “Mənim Azərbaycanım” mahnıları, “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən yüksək alqış sədaları altında yekunlaşıb.

Keçidlər