Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

VI Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir.

29 iyul 2014 | 03:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Azərbaycanın milli musiqi mədəniyyəti tarixində yeni bir ənənənin təməli sayılan, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsində, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.  “Qafqaz Resort” hotelində təqdim edilən növbəti kamera musiqisi axşamında İsrailin nəfəs alətləri kvinteti çıxış etdi.
Kamera musiqisi axşamında klassik Qərb bəstəkarlarının əsərlərindən nümunələr təqdim olundu.
Daha sonra günün ikinci yarısı, proqrama uyğun olaraq Qəbələnin gözəl təbiəti qoynunda  açıq havada keçirilən konsertdə musiqisevərlər Yohannesburq Filarmonik Orkestrinin konsertini izlədilər.
Konsertdə Azərbaycanın Xalq Artisti, Prezident mükafatçısı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun dirijorluğu ilə tanınmış Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirildi. Musiqi axşamında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Yevgeni Levitasın “Zimba”, İohan Sebastian Baxın, Corc Bizenin və digər bəstəkarların əsərlərindən parçalar təqdim edildi. Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli gözəl çıxışı ilə dinləyicilərin qəlbinə yol tapdı.
Bir sıra beynəlxalq müsabiqələr laureatı, zərb ifaçısı Çen Zimbalistanın çıxışı tamaşaçılara unudulmaz anlar bəxş etdi.

Keçidlər