Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şahmatçı ilə görüş.

17 sentyabr 2014 | 03:00

Bu ilin avqust ayında İsveçrədə Şahmat Məsələlərinin Həlli üzrə 38-ci Dünya Çempionatı keçirilmişdir. Dünyanın 23 ölkəsindən 150-dək şahmatçı çempionatın mükafatları uğrunda mübarizəyə qoşulmuşdu.
Çempionatda göstərdiyi yüksək  nəticəyə görə Azərbaycanın yığma komandası dünya üzrə ikinci olmuşdur. Şahmat məsələlərinin həlli üzrə yığma komandamızın tərkibində Qəbələ rayonunu təmsil edən Alməmmədov Araz Bağır oğlu da yüksək nəticələr əldə edərək beynəlxalq usta adını qazanmışdır. Şahmatçımızın yüksək qələbəsi ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev çempionu qəbul etmiş, onu beynəlxalq usta adı qazanması və komandamızın ikinci yeri tutması münasibətilə təbrik edərək, uğurlarının davamlı olmasını arzulamışdır. Sonra icra hakimiyyətinin başçısı Azərbaycanda idmana göstərilən dövlət qayğısından, idmanın maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsindən və bunun nəticəsində əldə edilən nailliyyətlərdən danışmışdır.
Görüşdə şahmatçıya rayon icra hakimiyyətinin fəxri-fərmanı və mükafatı təqdim olunmuşdur.
Sonda xatirə şəkili çəkidirilmişdir.

Keçidlər