Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Heydər Əliyev: şəxsiyyət və zaman” kitabının təqdimat mərasimi keçirilmişdir.

21 oktyabr 2014 | 15:00

Oktyabrın 20-də Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin iclas salonunda millət vəkili, əməkdar jurnalist, yazıçı, publisist Elmira Axundovanın ümummilli liderə həsr olunmuş “Heydər Əliyev: şəxsiyyət və zaman” çoxcildlik əsərinin təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə FHN-nin Şimal-Qərb Regional Mərkəzinin rəisi Sadiq Bəkirli açmış, “Heydər Əliyev: şəxsiyyət və zaman” əsərini yüksək dəyərləndirmiş, bu qiymətli çoxcildliyi yazıçı-publisist, ictimai xadim Elmira Axundovanın böyük yaradıcılıq uğru kimi xarakterizə etmişdir.
Təqdimat mərasimində regional mərkəzin ərazi orqanları ilə iş şöbəsinin baş məshətçisi Məğbul Məmmədovun “Heydər Əliyev: şəxsiyyət və zaman” kitabı haqqında məruzəsi dinlənilmişdir.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurası rayon təşkilatının sədr müavini Şirin Şirinovun çıxışı maraqla qarşılanmışdır.
Təqdimat mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zahid Əfəndiyev iştirak və çıxış etmişdir.

Keçidlər