Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Vətənin Müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika Çempionatının final yarışı

26 oktyabr 2014 | 03:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının final yarışı keçrilmişdir.
Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, onlarda vətənpərvərlik hissini artırmaq, çağırış və çağırış yaşına qədərki gənclər arasında hərbi hazırlıq işlərinin gücləndirilməsi, idmançılarda yarış təcrübəsinin və ustalığın artırılmasından ibarətdir.
Tədbirin açılış mərasimində Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov qonaqları və idmaçıları salamlayaraq Respublikada idmana göstərilən dövlət qayğısından danışmışdır. Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov çıxış edərək yarışın məqsədi və vəzifələri barədə məlumat vermiş və idmançılara uğurlar arzulamışdır.
Beynəlxalq Poliatlon Çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən 100 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbara atma və 2000 metr kross qaçışı üzrə keçirilən yarışlarda respublikanın 14 komandası iştirak etmişdir.
Yarışın nəticəsinə əsasən şəhər komandaları arasında Sumqayıt komandası I, Bakı şəhərinin Xəzər komandası II, Naxçıvan şəhər komandası III yeri tutmuşdur.  Rayon komandaları arasında isə Qax rayonu I, İsmayıllı rayonu II, Biləsuvar rayonu III yeri tutmuşlar. Qalib komandalara Gənclər və İdman Nazirliyinin kubok və diplomları təqdim edilmişdir.

Keçidlər