Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Xocalı soyqırımının iyirmi üçüncü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

26 fevral 2015 | 16:00

Azərbaycan xalqı davamlı olaraq erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış, öz tarixi torpaqlarından qovularaq, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar kütləvi qırğınlarla müşayət olunmuşdur.
XX əsrin faciəsi olan Xocalı soyqırımı isə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsini pisləyir, yolverilməz olduğunu bildirirlər.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni vandallarının Xocalıda törətdiyi bu qətliamın iyirmi üçüncü ildönümü ilə əlaqədar Qəbələ ictimaiyyətinin ümumrayon anım tədbiri keçirilmişdir.Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev, Qəbələdə məskunlaşan Xocalı ailələrinin üzvləri, rayonun əmək kollektivləri, ağsaqqallar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanında qətliam qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələıri qoymuş, sonra torpaqlarımızın müdafiəsi zamanı həlak olmuş Qəbələ şəhidlərinə öz ehtiramlarını bildirmişlər.Mərasimdə çıxış edən cənab Səbuhi Abdullayev demişdir ki, bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca olmaqla-613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 usaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsi ilə yaralanan 487 nəfərdən 76-sı uşaq olmuşdur. 1275 xocalı əsir, 150 xocalı itkin düşmüşdür.Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulmuşdur. Natiq vurğulamışdır ki,  hazırda bir çox ölkələrin parlamentlərində qətliam qurbanları anılır, müzakirələr aparılır,  universitetlərdə mühazirələr oxunur,  müxtəlif televiziya kanallarında verilişlər, dikussiyalar  təşkil edilir. Çıxışının sonunda   RİH başçısı ölkə rəhbərliyinin və beynəlxalq təşkilatların birgə səyləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına,  qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacağına əminliyini bildirmişdir.
Anım tədbiri  “Qəbələ Qtel”də təşkil olunan çay süfrəsi ilə davam etdirilmişdir.Burada şəhidlərimizın ruhuna Qurani-Kərimdən ayələr oxunmuş, dualar edilmişdir.

Keçidlər