Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Fənn olimpiadalarının respublika mərhələsi yekunlaşmışdır.

23 aprel 2015 | 15:00

Əsası  ulu  öndər  Heydər  Əliyev  tərəfindən  qoyulan  təhsil  siyasəti  bu  gün  ölkə  prezidenti  cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə  uğurla  davam etdirilir.  Dövlətin, millətin  gələcəyini  və  müstəqilliyini səciyyələndirən  mühüm  şərtlərindən  biri  də  təhsil  sisteminin təkmilləşdirilməsi,  inkişaf  etdirilməsidir.
Ölkədə aparılan təhsil islahatları fonunda bu il məktəblərdə istedadlı  uşaqların  aşkara  çıxarılması məqsədilə Təhsil Nazirliyi tərəfindən         təsdiq olunmuş 2014-2015-ci dərs ilində  “Məktəblilərin  fənn  olimpiadalarının  təşkili  və  keçirilməsi  Qaydaları”na əsasən ümumrespublika fənn olimpiadası keçirilmişdir. Olimpiada  2  mərhələdə-  rayon  və  respublika  mərhələlərində keçirilmişdir.        
Yanvar ayının  11-də  keçirilən birinci mərhələdə Qəbələ rayonu üzrə  380  nəfər  IX-XI  sinif  şagirdləri olimpiadada iştirak  etmişdir.  Şagirdlərin  yazı  işləri  Təhsil  Nazirliyinin  təsdiq  etdiyi  münsiflər  heyəti  tərəfindən  yoxlanılmış  və nəticələrə  əsasən  54  nəfər  fənn  olimpiadalarının  yarımfinalına  vəsiqə  qazanmışdır.  Mart  ayının  15-də  Şəkişəhərində keçirilən  yarımfinal  turu  da  məktəblilərimiz üçün  uğurlu  olmuş,  bu  mərhələdə  müxtəlif  fənlər  üzrə  7 nəfər  şagird   III,  6  nəfər  şagird  isə  II  yerin  qalibi olmuşdur.  Ən  yüksək  bal  toplayan 7 nəfər şagird isə zona
mərhələsinin  qalibi  olaraq  Bakı  şəhərində  keçiriləcək  final  turuna  vəsiqə  qazanmışdır.
Azərbaycanın  58  müxtəlif  bölgələrindən olan 450  şagird  aprelin 18-də Bakı şəhərində başlayan final mərhələsinə qatılmışdır. Bu mərhələdəki   gərgin  yarışlarda  öz gücünü sınayan şagirdlərin  240  nəfəri  mükafatçılar  sırasına  çıxmışlar.
Olimpiadada qəbələli şagirdlərin 5 nəfəri yüksək bilik nümayiş etdirərək  1  qızıl,  1  gümüş,  3  bürünc  medal  və  Təhsil  Nazirliyinin  qiymətili  hədiyyələri  ilə  təltif  olunmuşlar.

Keçidlər