Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə isveçrəli tanınmış pianoçu Andrey Qavrilovun konserti olub

01 avqust 2015 | 09:00

Heydər Əliyev Fondunun möhtəşəm tədbiri olan Qəbələ VII Beynəlxalq Musiqi Festivalı başa çatmaq üzrədir.
Festivalın proqramına uyğun olaraq iyulun 31-də Heydər Əliyev adına Konqress Mərkəzində isveçrəli tanınmış pianoçu Andrey Qavrilovun konserti olub. Bir çox beynəlxalq müsabiqələrin qalibi və festivalların iştirakçısı olan Andrey Qavrilov bəstəkarlar F.Şopenin və S.Prokofyevin əsərlərini səsləndirib. Klassik musiqi həvəskarları konsertdən xüsusi zövq alıblar.

Keçidlər