Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Beynəlxalq Müəllimlər Günü qeyd edilmişdir.

06 oktyabr 2015 | 03:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Qəbələdə ümumrayon tədbiri keçirilmişdir. Rayon rəhbərliyinin, qabaqcıl təhsil işçilərinin, ziyalıların iştirak etdikləri tədbirdə ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışılmış, təhsil işçilərinin qazandıqları uğurlardan ətraflı bəhs edilmişdir. Bildirilmişdir ki, 1966-cı ildə YUNESCO tərəfindən təsis edilən Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən etibarən Azərbaycanda da geniş qeyd olunur. Tədbirdə müəllim adının xalqımızın təfəkküründə saflıq, ziyalılıq rəmzi kimi həkk edildiyi səslənmiş, onun sabahın, gözəl gələcəyin yaradıcısı, cəmiyyətə elm, bilik, aydın dünyagörüşü verən, eləcə də ölkə gənclərində xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik keyfiyyətlərini formalaşdıran böyük şəxsiyyət olduğu bildirilmişdir. Ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə və əməyinə həmişə yüksək qiymət verdiyi vurğulanmış, onun Azərbaycana rəhbərliyi illərində ölkəmizdə yüzlərlə yeni məktəb binalarının, uşaq bağçalarının tikilib istifadəyə verildiyi diqqətə çatdırılmışdır. Çıxış edənlər müəllim əməyinə bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymət verildiyini söyləmiş, xeyirxah peşə sahiblərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirildiyini ifadə etmişlər. Tədbirdə çıxış edənlər rayonun müəllimlərini əlamətdar bayram münasibətilə təbrik etmiş, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulamışlar.

Keçidlər