Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd edilmişdir.

09 oktyabr 2015 | 00:00

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Qəbələdə görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd olunmuşdur. Qəbələ Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə əvvəlcə böyük sərkərdənin şəkillərindən, onun haqqında yazılan kitablardan, qəzet və jurnallardan hazırlanmış sərgiyə baxış keçirilmişdir. Sonra rəsmi hissəyə başlanılmışdır. Çıxış edənlər Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin hərb tariximizdəki müstəsna xidmətlərindən, bacarıqlı sərkərdə kimi keçdiyi şərəfli döyüş yolundan və göstərdiyi şücaətlərdən danışmışlar. Qeyd edilmişdir ki, istedadlı hərbi xadim qısa ömür yaşamasına baxmayaraq, Azərbaycanın hərb tarixində mühüm iz qoymuşdur. O, istər çar Rusiyası ordusunda, istər Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) dövründə, istərsə də sovet hakimiyyəti illərində hərbi andına sədaqət göstərərək mövcud dövlətə şərəflə xidmət etmiş, yüksək ixtisaslı hərbi kadrların hazırlanmasında fəal mövqe tutmuşdur. Sonda bu cür tədbirlərin gənclərin milli mənəvi, hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində mühüm rolu olduğu vurğulanmışdır.

Keçidlər