Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində xizəkçilik idman növü üzrə təlimlərə start verilib.

03 fevral 2016 | 16:00

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində yeni xizəkçilik mövsümü ilə əlaqədar dağ-xizək idman növü üzrə ödənişsiz təlimlərə start verilib. Aksiyaya Qəbələ şəhər 3 saylı və 4 saylı tam orta məktəbin 100 nəfər şagird və müəllim heyəti qatılıb. Ümumilikdə isə builki aksiyalarda indiyə kimi 350 şagird və müəllim iştirak edib. Kompleksdə  orta məktəb şagirdlərinin dağ-xizək idman növünə marağının artırılması, xizəkçiliyin sirlərinə yiyələnməsi və onların peşəkar idmançı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Bu xizək mövsümündə Qəbələ və ətraf rayonların şagirdləri qrafikə uyğun olaraq kompleksdə göstərilən kanat və xizək xidmətlərindən bəhrələnəcəklər. Peşəkar təlimçilər kompleksin yeni xizəkçilik məktəbində yeniyetmə qız və oğlanlara 50 dəqiqə ərzində buz üstə xizəklə sürüşməyi, sağa və ya sola dönməyi və dayanmağı öyrədirlər. Şagirdlərin məktəbdən kompleksə gətirilməsi və geri qaytarılması üçün avtobuslar təşkil olunur, onlar xizək geyim formaları ilə təmin edilir. Kompleksdə şagirdlərin təhlükəsizliyinin təmin olunması, sağlamlığının qorunması üçün həkim qrupu fəaliyyət göstərir. Şagirdlərin böyük marağına səbəb olan bu təmənnasız xizəkçilik təlimləri martın sonunadək davam etdiriləcək. Ölkəmizdə qış turizminin inkişafına kömək məqsədilə keçirilən bu təlimlərdə iştirak edən yeniyetmə və gənclər arasında gələcəkdə müxtəlif yarışların təşkili və onların yerli və beynəlxalq turnirlərdə iştirakının təmin olunması nəzərdə tutulur. Şagirdlər üçün ötən xizəkçilik mövsümündə də pulsuz təlimlər təşkil edilmişdi və ümumilikdə 1000-dən çox məktəbli təlimlərdən bəhrələnərək xizəkçiliyin sirlərinə yiyələnmişdir. Aksiyanın mövsümün sonuna qədər davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər