Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Yaz həyəti” layihəsi uğurla davam edir.

29 aprel 2016 | 01:00

Azərbaycan Respublikası Təhsil Nazirliyi, IDEA İctimai Birliyi və “Bir” Tələbə-Könüllü Proqramı çəçivəsində məktəblərin həyətyani sahələrinin yaşıllaşdırılması məqsədilə “Yaz həyəti” adlı layihənin icrası uğurla davam edir. Respublikanın şəhər və rayonlarında həyata keçirilən bu layihə çərçivəsində təhsil müəssisələrinin həyətyanı sahələrinin təmizlənməsi, yaşıllıqların salınması, ağacların gövdələrinin əhənglənməsi və digər işlər nəzərdə tutulub. Belə tədbirlərdən biri Qəbələ turizm və otelçilik üzrə peşə tədrisi mərkəzində təşkil edilmişdir. Mərkəzin pedaqoji kollektivinin və şagirdlərin böyük həvəslə qatıldığı yaşıllaşdırma aksiyasında təhsil müəssisəsinin həyətyanı sahəsində 100-dən artıq “eldar şamı” tingləri əkilmiş, ərazidə təmizlik və abadlıq işləri aparılmışdır.  May ayının 1-dək davam edəcək aksiya təhsil müəssisələrinin ekoloji vəziyyətinə və təhsil alanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, məktəbli və tələbələrin ekoloji biliklərinin dərinləşməsinə, onlarda təbiətə qayğıkeş münasibətin formalaşmasına töhfə verəcəkdir.

Keçidlər