Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsi anılıb.

29 aprel 2016 | 02:00

Qəbələ Rayon  Müalicə Diaqnostika Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib. İlk öncə görkəmli oftalmoloqun xatirəsi bir dədiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Ceyhun Əhmədov akademik Zərifə Əliyevanın zəngin həyat yolundan, pedaqoji və tibbi fəaliyyətindən danışıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, həyat fəlsəfəsi və mənəvi dünyası kifayət qədər zəngin olan, oftalmologiya elminin inkişafında xüsusi rolu olan akademik Zərifə xanım Əliyevanın xatirəsi bu gün də insanların qəlbində yaşayır, əziz tutulur. Qeyd olunub ki, Zərifə xanım bir çox nüfuzlu elmi mükafatların, o cümlədən SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatı almış ilk azərbaycanlı olub. Toplantıda çıxış edənlərdən oftalmoloq həkim Şirəli Sadıqov, həkimlərdən Səbinə Məmmədova və başqaları Zərifə xanım Əliyevanın, bütövlükdə, öz parlaq fəaliyyəti ilə tarixin yaddaşına əbədi həkk olunduğunu, onun tibb elminin ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini diqqətə çatdırıblar.

Keçidlər