Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon Mədəniyyət Mərkəzində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilmişdir.

28 may 2016 | 04:00

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibətilə Qəbələ Rayon Mədəniyyət Mərkəzində dəyirmi masa keçirilmişdir. Toplantını giriş sözü ilə Qəbələ Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nargilə Qafarova  açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlar haqqında ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkəmizdə, eləcə də dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli oyanışının məntiqi nəticəsi idi. Tədbir iştirakçılarından YAP Qəbələ rayon Gənclər Təşkilatının sədri Namiq Ağayev, Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev, Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Səadət Sadıqova, MKS-nın direktoru Ramiz Mirzəyev XX əsrin sonlarında yenidən azadlığına qovuşan xalqımızın müstəqilliyinin ilk illərində böyük təzyiqlərə məruz qaldığını, torpaqlarımızın 20 faizi mənfur qonşularımız tərəfindən işğal edildiyini, bir milyona yaxın həmvətənimiz öz doğma torpaqlarından qovulub, didərgin düşdüyünü diqqətə çatdırmışlar. Bildirilmişdir ki, ölkəmizin müstəqilliyi təhlükə ilə üzləşdiyi bir vaxtda xalq ayağa qalxaraq öz xilaskarını – dahi rəhbər Heydər Əliyevi hakimiyyətə gətirib. Məhz Ulu Öndərin qətiyyəti və siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın müstəqilliyi qorunub saxlanılıb, dönməzliyi və əbədiliyi təmin olunub. Çıxış edənlər Ümummilli Liderin xalqımıza ərməğan etdiyi müstəqil Azərbaycan Respublikasının hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşadığını vurğulayıblar.

Keçidlər