Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” komandası “Sumqayıt”a qalib gələrək çempionatda liderliyi ələ keçirib.

23 sentyabr 2016 | 16:00

Futbol üzrə Topaz Premyer Liqasının üçüncü turunun təxirə salınmış görüşündə “Qəbələ” komandası “Sumqayıt”a iki cavabsız qolla qalib gəlib. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşmada qalib gələn meydan sahibləri çempionatda liderliyi ələ keçiriblər. Hər iki qol oyunun son dəqiqələrində vurulub. Çempionatın bombardiri Baqali Dabo matçın 85-ci və 90-cı dəqiqələrində dubl edərək komandasına qələbə qazandırıb. Futbolçu aktivindəki qolların sayını altıya çatdırıb. Bu qələbə sayəsində baş məşqçi Roman Qriqorçukun komandası 13 xalla liderliyə yüksəlib. “Sumqayıt” isə dörd xalla altıncı pillədə qərarlaşıb.

Keçidlər