Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İctimai Şura

Qəbələ rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvülüyünə namizədlərin irəli sürülməsi

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa, bu qanunun müvafiq maddəsinin icrası ilə bağlı Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Qəbələ rayon İcra Hakimiyyəti  yanında İctimai Şura üzvülüyünə namizədlərin irəli sürülməsi prosesinə 26 aprel 2021-ci il tarixindən başlanılacaq. Namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 21 iş günü müddətində, yəni 27 may tarixində yekunlaşacaq.
İctimai Şura üzvlərinin say həddi 7 nəfər müəyyən edilib. Müvafiq sahədə fəaliyyət göstərən hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Müraciət etmək istəyən vətəndaş cəmiyyəti institutlarından ictimai şuranın üzvlüyünə irəli sürülən namizəd barədə aşağıdakı sənədləri təqdim etmələri xahiş olunur:
1. Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
2. Namizədin tərcümeyi-halı;
3. Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;
Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.
İctimai Şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən üç iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək. İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.
İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı tələb olunan məlumatlar mail@qebele-ih.gov.az elektron ünvanı vasitəsilə təqdim edilə bilər.
Əlaqələndirici şəxs: Qəbələ rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı, İctimai Şuraya seçkilərin təşkili məqsədi ilə yaradılmış Seçki Komissiyasının üzvü Absalam Hüseynov (024-205-19-58); 050-586-00-63; a.huseynov@qebele-ih.gov.az).

Keçidlər