Şriftin ölçüsü :

Saytın rəngi :

Elektron xidmətlər

Tikintiyə icazə üzrə elektron müraciət sistemi:

https://birpencere.arxkom.gov.az/

Tikinti icraatına dair qanunvericilik aktları:

https://arxkom.gov.az/qanunvericilik/ar-prezidentinin-ferman-ve-serencamlari

"e-KOB evi" Portalı

https://e-smb.gov.az/

Elektron hökumət haqqında ümumi məlumat

"Elektron Hökumət"in əsas fəaliyyət prinsipləri və əhəmiyyəti.

Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir.

“Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.

Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “elektron hökumət” portalı tətbiq edilir.

Ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmışdır, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuşdur, “Elektron hökumət” portal hazırlanaraq istifadəyə verilmişdir. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.

“Elektron hökumət”in əsas fəaliyyət prinsipləri:
_________________________________________________________________
● Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;
● İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
● İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;
● Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.

“Elektron hökumət”in əhəmiyyəti:
_________________________________________________________________
● Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi;
● Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
● İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi;
● Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi;
● İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması;
● İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü.
  “Elektron hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.

 Qəbələ rayon icra hakimiyyətinin fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdiyi xidmətin adı və xidmətin göstərilməsi üçün tələb olunan sənədlər.

 Sıra N-si  Xidmətin göstərilməsi üçün  tələb olunan sənədin adı Xidmətin göstərilməsi üçün  tələb olunan sənədin elektron versiyası
 1. Tikintisinə icazə tələb olunan obyektlər üçün zəruri sənədlər
2. Bir Pəncərə - Tikintiyə İcazə Sistemi
3. Yararsız tikilinin sökülərək yerində yenisinin tikintisinə icazə üçün zəruri sənədlər
4. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 m-dən, aşırımlarının uzunluğu 6 m-dən çox olan yaşayış evləri üçün zəruri sənədlər
 5. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 m-dən, aşırımlarının uzunluğu 6 m-dən çox olmayan yaşayış evləri üçün zəruri sənədlər
6. Mülkiyyət hüquqlarına dair əmlakın özgəninkiləşdirilməsinə dair zəruri sənədlər
7. Reklam qurğusunun tikintisi üçün zəruri sənədlər
8. Küçə reklamlarının yerləşdirilməsi üçün zəruri sənədlər
9. Mövsümü xidmət obyektlərinin fəaliyyəti üçün zəruri sənədlər
10. Müvafiq uşaq  evi və ya internat məktəbinə yerləşdirilməyə dair zəruri sənədlər
 11. Məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan üzərində qəyyum təyin olunmağına dair zəruri sənədlər
 12. Adın, soyadın dəyişdirilməsinə dair zəruri sənədlər
 13. Nikah yaşının azaldılması ilə bağlı zəruri sənədlər
 14. Qəyyum və himayəçi təyin edilməsi ilə bağlı zəruri sənədlər
 15. Övladlığa uşaq götürmək istəyən şəxs üçün tələb olunan zəruri sənədlər
 16. Övladlığa uşaq götürmək istəyən şəxs üçün tələb olunan zəruri sənədlər
   

 

Переходы