Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələdə çoxmənzilli binaların dam örtükləri dəyişdirilir.

21 августа 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası sayəsində Qəbələ rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Qəbələ şəhəri Muxtar Abdıyev küçəsi 41, 42, 43, 44, 45, 46, 47, və 48 nömrəli ünvanlarında yerləşən 8 ədəd hər biri iki mərtəbəli, bir girişli dörd mənzilli yaşayış binalarının dam konstruksiyasının və dam örtüklərinin dəyişdirilməsi işləri aparılmışdır. Həmin binalarda yaşayan sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Переходы