Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində yaradılmış ekspert qrupunun üzvləri ilə görüş keçirilib
21 июня 2023 | 12:30
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində erkən nikahlar, məişət zorakılığı, gender bərabərsizliyi, uşaqların təhsildən yayınması və bu kimi aktual problemlərin vaxtında qarşısının alınması və zəruri tədbirlərin görülməsi məqəsdi ilə yaradılmış ekspert qrupunun 20 iyun 2023-cü il tarixdə görüşü keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun, polis şöbəsinin, rayon xəstəxanasının, Heydər Əliyev Mərkəzinin, Dini İcmanın, ağsaqqallar şurasının və mərkəzin nümayəndən ibarət ekspert qrupunun görüşündə ailələrdə olan aktual problemlər və onların həlli istiqamətində qarşıda duran məsələlər müzakirə olunmuşdur.