Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider

Ümummilli Liderin Qəbələ rayonuna səfərləri

Heydər Əliyevin Qəbələyə I gəlişi 1978-ci ildə olmuşdur.

Ulu öndər iki dəfə Qəbələyə səfər etmişdir. I səfəri 1978-ci ildə olmuşdur. Məlumdur ki, eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhəri bizim Qəbələ rayonunda yerləşmişdir. Qədim şəhərin qala və giriş darvazalarının, bəzi binalarının qalıqları indi də qalmaqdadır.

1976-cı ildən başlayaraq o vaxtı ki, SSRİ silahlı qüvvələrinin Ən güclü Radiolokasiya  stansiyalarından biri  Qəbələ rayonu ərazisində tikilməyə başladı. İmperiya generalları  həmin stansiyaya yüksək gərginlikli  elektrik xətti çəkilməsini planlaşdırarkən xalqımızın tarixini, abidələrini nəzərə almamışlar.

Elektrik xəttinin bir neçə qurğusunun tikintisi qədim Qəbələ şəhərinin ərazisinə, daha doğrusu qala qapıları üzərinə düşmüşdü.

Beləliklə qədim Qəbələ şəhəri qalıqlarının məhv olması, tariximizin daha bir nişanəsinin yer üzündən silinməsi təhlükəsi yaranmışdı. Rayon rəhbərləri də bu vandalizmlə barışaraq imperiya generallarına qarşı durmağın mənasız olduğunu söyləyirdilər. Belə anda rayonun vətənpərvər, tariximizə hörmət bəsləyən oğulları birbaşa Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə müraciət etdilər.

Heydər Əliyev təcili olaraq o vaxtkı Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri Qurban Xəlilov başda olmaqla nüfuzlu komissiya göndərdi. Tariximizin nişanələrini yer üzündən silmək istəyənlər  və bununla barışan rayon rəhbərlyinin hərəkətləri  17 yanvar 1978-ci ildə Heydər Əliyevin rəhbərliyilə  Azərbaycan KP MK-nın  bürosunda müzakirə  olundu.

Abidəni dağıtmaq  istəyən generallar və rayon rəhbərləri cəzalandılar. Heydər Əliyevin göstərişi ilə respublika Nazirlər Soveti 27 mart 1978-ci ildə Qəbələ tarix və mədəniyyət qoruğunun yaradılması haqqında qərar qəbul etdi.

Rayona birinci səfərində Ulu öndər rayon mərkəzinə gəlmiş, orada yığışmış rayon ictimayəti ilə görüşmüş,onlarla yaxından söhbət etmiş, elə oradaca əhaliyə bildirmişdir ki, tezliklə rayondakı Qara çay sahillərində Tütün Fermentləmə Zavodunun tikintisinə başlanacaq.

Az vaxta smeta dəyəri 6 milyon rubl olan zavodun tikintisinə başlanır. I ildə istehsal gücü 12 min ton fermentlənmiş tütün olan Tütün Fermentləmə Zavodu keçmiş SSRİ məkanında ən böyük zavod idi.

Hələ inşasına 1963-cü ildən başlanan, lakin sonradan hansısa səbəblər üzündən inşası dayandırılan “Qafqaz”turist bazasının da inşası Heydər Əliyevin göstərişi ilə yenidən başlandı və az vaxta istifadəyə verildi.

Heydər Əliyevin Qəbələyə II gəlişi 2002-ci ildə olmuşdur.

Şəki şəhərinə rəsmi səfəri zamanı yolüstü əvvəl  rayonun Vəndam qəsəbəsində, daha sonra rayon mərkəzində dayanmış,onun görüşünə toplaşan camaatla görüşmüş və səmimi söhbət etmişdir.

Həmişə olduğu kimi yenə ona müraciət edənlərin problemləri yerindəcə həll olunmuşdur.

1998-ci ildə  dahi şəxsiyyətin  şərəfinə rayonun girəcəyində “Heydər bulağı”inşa edilmişdir.

Vəfatından sonra ümummilli liderin xatirəsini əbədiləşdirilməsi məqsədi ilə rayon mərkəzində “Heydər Əliyev parkı” salınmış, həmin parkda ulu öndərin əzəmətli heykəli ucaldılmışdır.

Переходы