2021-ci ilin hesabatı
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının 2021–ci ildə Qəbələ rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı
2021-ci il ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 334.112,5 min manatlıq ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ötən ilin müvafiq dövrünə nisbətən rayon üzrə ümumilikdə 160.723,6 min manat olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən sənayedə 11.476,5 min manat, yaxud 10,0 %, tikintidə 165.445,6 min manat, yaxud 80,3 % azalma, kənd təsərrüfatında 1.404,1 min manat, yaxud 1,4 %, ticarətdə 12.054,8 min manat, yaxud 18,4 %, informasiya və rabitədə 120,5 min manat, yaxud 8,8 %, nəqliyyat və anbar təsərrüfatında 2.619,1 min manat, yaxud 102,9 %, artım olmuşdur.
Hesabat dövründə kənd təsərrüfatında 105,0 milyon manatlıq və ya ümumi məhsul buraxılışının (31,4 faiz), ticarət sahəsində 77,5 milyon manatlıq (23,2 faiz), tikintidə 40,7 milyon manatlıq (12,2 faiz), sənayedə 104,3 milyon manatlıq (31,2 faiz), nəqliyyat və anbar təsərrüfatında 5,1 milyon manatlıq (0,9 faiz), informasiya və rabitə xidmətlərində 1,4 milyon manatlıq (0,6 faiz) məhsul və xidmətlər istehsal edilmişdir.
Məhsul və xidmətlərin 74,8 faizi istehsal sahələrinin, 25,2 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 3.054,3 manat təşkil etmişdir.
İl ərzində sənaye müəssisələrində çalışan 1.561 nəfər işçinin orta aylıq nominal əmək haqqı 549,8 manat olmuşdur.
Əsas kapitala yönəlmiş investisiyanın həcmi 40.990,4 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 40.690,6 min manat təşkil etmişdir.
2003-cü ilin oktyabr ayından 01.01.2022-ci ilədək 24.568-i daimi olmaqla, 27.137 yeni iş yeri açılmışdır. İl ərzində açılmış yeni iş yerlərinin sayı 2.547 olmuşdur ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq filialı Qəbələ rayonu üzrə 2021-cı il ərzində öz fəaliyyətini “Məşğulluq Haqqında” Azərbaycan Respublikası qanunun tələbləri səviyyəsində qurmağa çalışmış, ümumilikdə rayon əhalisinin sosial müdafiəsi sahəsində müəyyən işlərin görülməsinə nail olmuşdur.
2021-ci il üçün tərtib edilmiş Ərazi Məşğulluq Proqramının müddəalarına əsaslanaraq rayon ərazisində fəaliyyət göstərən sənaye və kənd təsərrüfatı istiqamətli idarə, müəssisə, təşkilat və təsərrüfatlarla sıx əlaqə saxlanılmışdır. Bunun üçün ilk növbədə vakant vəzifələrin və boş iş yerlərinin müəyyənləşdirilməsi Filialın iş posesinin əsas xəttini təşkil etmişdir. Nəticədə 2021-ci il ərzində rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdən daxil olan boş iş yerləri haqqında məlumatlar Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində öz əksini tapmışdır.
2021-cu il ərzində Filiala iş üçün müraciət etmiş 2.700 nəfər işaxtaran və işsiz vətəndaş qeydiyyata alınmışdır. Filialda qeydiyyatda olan 1.085 nəfər mərkəzin göndərişi ilə münasib işlə təmin olunmuşdur. İl ərzində 324 nəfəri özünüməşğulluq layihəsinə cəlb olunmuş, 201 nəfər aktivlərlə təmin edilmişdir.
İdarə və müəssisələrdən sərbəstləşmiş və yaxud əmək müqaviləsinə xitam verilməsi nəticəsində işini itirən 19 nəfər işsizə sosial müdafiəsini gücləndirmək məqsədi ilə sığorta ödənişi təyin edilmişdir.
Fəaliyyətin mütəşəkkilliyini artırmaq məqsədi ilə reklam və informasiya işlərinin inkişaf etdirilməsinə də diqqət ayrılmışdır. Belə ki, Filialın yerləşdiyi binada reklam və informasiya guşəsi yaradılmış və burada idarə və müəssisələrdən olan boş iş yerləri, Filialın nəzdində yaradılması nəzərdə tutulan peşə kursları və digər məlumatlar əks etdirilmişdir.
Əhalinin məşğulluğunu təmin etmək sahəsindəki işlərin səmərəliyini artırmaq məqsədi ilə geniş tədbirlər planı tərtib edilmiş və burada aktual məsələlərin əhatə edilməsinə diqqət yetirilmişdir.
Rayonun yerli gəlirləri ilin yekunlarına görə 18.115,0 min manat proqnoza qarşı 20.291,9 min manat (112,0 %) və ya 2.176,9 min manat çox, o cümlədən: “Avtomobil Yolları” Məqsədli Büdcə fonduna aid olan məbləği 22,0 min manat proqnoza qarşı 12,0 min manat (54,7 %) və ya 10,0 min manat az yerinə yetirilmişdir. Yerli gəlirlərə aid olan məbləğ 7.693,0 min manat proqnoza qarşı 8.622,3 min manat (112,1 %) və ya 919,3 min manat çox icra olunmuşdur. Gəlirlərin mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 10.400,0 min manat proqnoza qarşı 11.657,6 min manat(112,1 % ) və ya 1.257,6 min manat çox icra olunmuşdur.
Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 10 növ gəlirdən 5 növ vergi üzrə proqnoz tapşırıq kəsrlə yerinə yetirilərək qeyd olunan gəlirlər üzrə büdcəyə 382,4 min manat az vəsait daxil olmuşdur. Digər 5 növ gəlirlər üzrə 1.311,7 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 929,3 min manat çox yerinə yetirilmişdir.
Yerli gəlirlər üzrə ümumilikdə daxil olmuş 20.291,9 min manat vəsitdən 8.622,3 min manatı rayonun yerli gəlirlərinə, 12,0 min manatı qanunamüvafiq qaydada “Avtomobil yolları” Məqsədli Büdcə Fonduna, 11.657,6 min manatı isə mərkəzləşdirilmiş gəlirlərə aid edilmişdir.
Rayonun yerli xərcləri 7.693,0 min manat proqnoza qarşı 7.021,8 min manat (91,3 %) və ya 671,2 min manat az icra olunmuşdur. Ümumilikdə xərclərin təyinatdan az icra olunmasının səbəbi əmək haqqı və ona üstəlik xərc maddələrində 194,3 min manat qənaətin yaranması (yerli icra hakimiyyəti orqanları və digər sahələr üzrə bəzi ştat vahidlərinin vakant olması ilə bağlı) və bəzi xərclər üzrə faktiki icranın olmadığı (elektrik enerjisi, qaz, su və s.) üçün vasaitin ödənilməməsi olmuşdur. Pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı ərzaq xərclərində 90,7 min manat, digər xərc maddələri üzrə 386,2 min manat qənaət yaranmışdır.
Yerli büdcənin hesabında və təşkilatların ayrı-ayrı xərc maddələri üzrə limit qalığında 01 yanvar 2022-ci il tarixə 1600,5 min manat vəsait qalığı yaranmışdır.
Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.
İl ərzində bütün növ istehlakçı qruplar tərəfindən 127.838,8 min kvt/saat elektrik enerjisi istehlak edilmiş, 10.649,6 min manata qarşı 9.490,2 min manat vəsait toplanaraq yığım planı 89,1 % yerinə yetirilmişdir. Həmin göstərici büdcə təşkilatları üzrə 109,9 %, ticarət və xidmət üzrə 105,3 %, istehsal nəqliyyat üzrə 102,2 %, qeyri istehsal üzrə 105,8 %, əhali qrupu üzrə isə 105,4 % olmuşdur.
10 kV-luq hava xəttinin 23,3 km məsafəsində əsaslı və cari təmir işləri aparılmışdır. 10 kV-luq hava xəttinin Zarağan, Tüntül, Mirzəbəyli, Laza, Mıxlıqovaq, Nic, Bum, Zalam elektrik verilişi hava xətlərində 311 ədəd fiziki köhnəlmiş ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 24.500 metr məsafədə istismara yararsız, fiziki köhnəlmiş naqillər AS-50, AS-35 markalı naqillərlə əvəz edilmişdir.
10/0,4 kV-luq transformator yarımstansiyalarında TTQ və EQQQ qaydalarına əsasən 22 ədəd 250 A-lik, 9 ədəd 400 A-lik ayrıcı quraşdırılmışdır.
Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin xidməti ərazisində 28,2 km məsafədə 0,4 kV-luq fiziki köhnəlmiş 0,4 kV-luq ÖDİN (özünü daşıyan izolyasiyalı) naqillərlə əvəz edilmiş, 296 ədəd ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 259 ədəd transformator yarımstansiyasının qoruq zonası təmizlənmiş, 71,4 km məsafədə 0,4 kV-luq hava xəttinin trassasında ağac kütlələrdən təmizləmə işləri aparılmışdır. 40 ədəd transformator yarımstansiyasının 0,4 kV-luq çıxışında zədəli kabellər yenisi ilə əvəz edilmişdir;
Əhali və qeyri əhali sektorunda 815 ədəd yeni, 103 ədəd 3 fazlı sayğac quraşdırılmışdır. 1970 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənmişdir.
Təbii qaz istehlakçıları tərəfindən 54.505,5 min kub/metr təbii qaz istehlak edilmiş, 8.782,5 min manata qarşı 7.857,4 min manat vəsait toplanaraq ümumi yığım məbləği 89,5% olmuşdur. Həmin göstərici əhali sektoru üzrə 90,8 %, büdcə təşkilatları üzrə 73,1 %, sənaye, kommersiya və digər təşkilatlar üzrə 91,3% təşkil etmişdir. Əhali abonentlərin ümumi sayı 21.141-a çatdırılmışdır.
İl ərzində müxtəlif diametrli polad borularla 8.941 metr yeni qaz xətti çəkilmiş, 3 ədəd ŞQTM, 3 ədəd siyirtmə, 2 ədəd QPS filtri 440 m xətt dayağa qaldırılmış, fərdi qaydada 655 abonent və 33 qeyri-əhali yeni abonent qazla təmin olunmuşdur.
İl ərzində 6 №-li Regional Sukanal idarəsinin Qəbələ Sukanal sahəsi 8008 əhali, 208 qeyri-əhali abonenti olmaqla cəmi 8.216 abonentə xidmət göstərilmişdir. Xidmət göstərilən əhali abonentlərin 7.833-ü, qeyri-əhali abonentlərin 186-sı sayğaclaşmışdır. Qəbələ şəhərinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Heydər Əliyev prospektində 4 ədəd yaşayış binasının zirzəmisində qəzalı vəziyyətdə olan su xətləri yenidən qurulmuş, Küsnət su mənbəyində 1 ədəd 8-25-100, 3 ədəd 8-16-40, 2 ədəd 8-40-120, qaçqın şəhərciyində 2 ədəd 8-16-140 markalı nasos dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Əhməd Cavad və Həzi Aslanov küçələrində d-200 mm olan kanalizasiya xətti yenidən qurulmuşdur.
Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı il ərzində şəhər təsərrüfatına 309,3 min manat, ictimai yaşayış binalarına 79,2 min manat, idarə və müəssisələrə 83,8 min manat, kommersiya obyektlərinə 12,3 min manat və fərdi təsərrüfatlara 5,5 min manat cəmi 490,1 min manat dəyərində təmizlik və digər kommunal xidmətləri göstərmişdir.
Qəbələ Rayon “10 №-li Yol İstismarı” MMC tərəfindən rayon ərazisində il ərzində 1.812,9 min manatlıq cari təmir və yolların saxlanması işləri görülmüşdür. Yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat , tikinti-təmir işləri başa çatmışdır.
Qəbələ Telekommunikasiya qovşağı 2021-ci ildə 1.764,7 min manat rabitə xidməti göstərmişdir. İl ərzində şəhər və kənd əhalisinə 347 ədəd telefon çəkilmiş, rayon üzrə ümumi abonent sayı 12.720 nömrəyə çatdırılmışdır. 1.193 ədəd internet qoşulması verilmişdir. Hazırda genişzolaqlı internet xidmətindən istifadə edən abunəçilərin sayı 9.160 nəfər təşkil edir. Telefon və internet xidmətinin keyfiyyətinin yüsəldilməsi üçün şəhər və kənd telefon şəbəkəsində 2.500 metr müxtəlif kabellər dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Mərkəzi EATS-də 1, Zarağan, Böyük Pirəli, Tikanlı və Mıxlıqovaq kənd EATS-nin hər birində 1 akkumulyator batareyası quraşdırılmışdır. Tövlə kəndində əhaliyə göstərilən telefon və internet xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün 1 ədəd 128 nömrəlik müasir tipli ONU/MSAN avadanlığı quraşdırılmışdır.
“Azərpoçt” MMC-nin Qəbələ filialı 363,5 min manata qarşı 335,6 min manatlıq poçt-rabitə xidməti göstərərək proqnoz tapşırığı 27,9 min manat kəsrlə 92,3 % yerinə yetirmişdir.
Dövlər Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialında 01 yanvar 2022-ci il vəziyyətinə 10.216 pensiya işi üzrə 10.264 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur. Hesabat dövründə orta aylıq pensiya məbləği 2.815,9 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 275,64 manat təşkil etmişdir. Hal-hazırda şöbədə əmək pensiyalarından əlavə 7.650 ədəd hərəkətdə olan sosial ödəniş işləri, o cümlədən 5.047 ədəd sosial müavinət 2.603 ədəd təqaüd işi vardır. 01.01.2022-ci il tarixə rayon üzrə 155 nəfər şəhid ailəsinin üzvünə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilməkdədir. Cari il ərzində 35 nəfər vətən müharibəsi şəhidinin ailə üzvlərinə 500 manat məbləğində təqaüd təyin olunmuşdur.
Rayonun yaşayış məntəqələrinin kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 969 min kub/metr lildən, daşqın və selə qarşı mübarizə məqsədilə 632 min kub/metr çay məcrası daş və qumdan təmizlənmişdir. 3020 kub/metr daş beton bəndi, 260 kub metr qabion bəndi, 35 ədəd hidrotexniki qurğular təmir edilmişdir.
Su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üzrə relyefə uyğun su anbarının yaradılması çərçivəsində texniki-iqtisadi əsaslandırmalar və layihə sənədləri hazır olan Yengicə su anbarı üzrə ekspert qiymətləndirməsi təmin edilmiş, satınalmalar üzrə tender keçirilmiş hazırda müvafiq sənədləşmə işləri aparılır.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli su tələbatının ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2020-ci il sərəncamına əsasən isə rayonun 10 yaşayış məntəqəsində (Siləyli, Bayramkoxalı, Hacıalılı, Soltannuxa, Mollaşıxalı, Daşca, Abrıx, Sırt Yengicə, Yenikənd və Uludaş kəndlərində) subartezian quyularında qazma işləri yekunlaşmış, hazırda hər biri işlək vəziyyətdədir.
Bundan əlavə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli su tələbatının ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 06.09.2021-ci il sərəncamına əsasən investisiya xərclərindən rayonda 4 ədəd (Böyük Əmili, Həzrə, İmamlı və Nohurqışlaq kəndlərində) subartezian quyusunun qazılmasına Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə ümumilikdə 280 min manat ayrılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 28.10.2019-cu il tarixli Sərəncamına əsasən Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılmışdır. Obyektin layihə-smeta sənədləri hazırlanmış, torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilmiş, satınalmalar üzrə tender keçirilmişdir. Maliyə vəsaiti ayrılan kimi tikinti işlərinə başlanacaqdır.
Bununla yanaşı 43 km uzunluqda birxətli Ləki-Qəbələ dəmir yolunun tikintisi başa çatmışdır.
Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sifarişi ilə Qəbələ şəhərinin Musa Məmmədov, Əhməd Cavad, Osman Sadiqov, Məhəmməd Əzizli, Kərim Kərimov küçələrində və Ümnisə Musabəyova küçəsində 1, Heydər Əliyev prospektində 6 dalanda 4.361 m uzunluqda yola 24.552 kvm asfalt örtük döşənmişdir.
Bununla yanaşı Qəbələ bələdiyyəsinin sifarişi ilə Qəbələ şəhərinin Nəsimi, Məhəmməd Hadi, Babək, Afiyəddin Cəlilov küçələrində 1.343 m uzunluqda yola 6.718 kvm asfalt örtük döşənmişdir.
Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sifarişi ilə Qəbələ şəhərinin Muxtar Abduyev küçəsi, 41, 42, 43, 44, 45, 46, 47, 48 saylı ünvanlarda yerləşən hər biri iki mərtəbəli, bir girişli, dörd mənzilli “kotej” tipli 8 ədəd və H.Əliyev prospekti 28 və 30 saylı ünvanlarda hər biri iki mərtəbəli, 3 girişli, 16 mənzilli 2 ədəd yaşayış binalarının fasadlarında, giriş və pilləkən qəfəslərində və həyətlərində təmir və abadlıq işləri, eləcə də Qəbələ şəhərinin 28 may küçəsinin 1.270 m hissəində piyada yollarının tikilməsi və küçənin işıqlandırılması işləri aparılmışdır.
Qəbələ şəhəri 28 may küçəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa edilmiş 26 uşaq yerlik “Uşaq bərpa mərkəzi” istifadəyə verilmişdir. “Bakı abadlıq” MMC-nin sifarişi ilə Qəbələ şəhərinin 110 küçəsində işıqlandırma işləri aparılır. 25 küçədə işıqlandırma işləri tam başa çatmışdır. Qalan küçələrdə işıqlandırma işləri davam etdirilir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin sifarişi ilə inşa edilən 160 çarpayılıq Xəstəxana kompleksində, Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən Zarağan kənd 526 şagird yerlik tam orta məktəb binasında, Heydər Əliyev fondunun sifarişi ilə Nic qəsəbə 1 saylı tam orta məktəb binasında və Azərişıq ASC-nin sifarişi ilə 10/110/10 kv-luq “Hacıalılı” yarımstansiyasında “yenidənqurma və intensiv tədris idarəetmə mərkəzi”nin tikintisində işlər davam etdirilir.
Qəbələ rayon ümumtəhsil məktəblərində 2021-2022-ci tədris ilində (2021-ci il) şagirdlərin sayı-17985 nəfər, müvəfəqiyyət göstəricisi - 99.8 %, keyfiyyət göstəricisi - 61 % olmuşdur.
Qəbələ rayon Təhsil Şöbəsi rayon ərazisində təhsilin fasiləsizliyini təmin edərək, böyük uğurlara imza atmışdır. Belə ki, 2021-2022-ci tədris ilinin nəticələrinə görə məktəbi bitirən 1055 nəfər məzundan 668 nəfəri ali məktəblərə sənəd vermiş, 500 nəfəri ali məktəbə qəbul olmuşdur. Onlardan 99 nəfəri 500-dən, 34 nəfəri 600-dən , 10 nəfəri isə 650-dən yuxarı bal toplamışlar. Bir nəfər məzun qızıl, iki nəfər isə gümüş medal qazanmışdır.
Ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanları əvvəlki illərdən fərqli olaraq iki mərhələdə yox, bir mərhələdə aparılmışdır. 03 iyun 2021-ci il tarixində 7 imtahan mərkəzində təşkil olunan buraxılış imtahanında 1502 şagird iştirak etmiş, onlardan 5 nəfər 270-dən yuxarı bal toplamışdır. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanlarında 1055 nəfər imtahan vermişdir ki, onlardan da 5 şagird 270-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişdir. 2021-cu ilin 31 may və 03 iyun tarixlərində Bakı şəhərində keçirilən fənn olimpiadalarının respublika turunda iştirak edən səkkiz nəfər rayon məktəblilərindən yeddi şagird (2 şagird ikinci yeri və 5 şagird üçüncü yer) qalib olmuşdur. Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat“ müsabiqəsində Qəbələ şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Qəribli Nərmin Mübariz qızı III yeri, “Biz zəfər qazandıq “ respublika onlayn rəsm müsabiqə sərgisində isə Qəbələ şəhər 3 saylı tam orta məktəbin III sinif şagirdi Quliyev Yusif Zakir oğlu I yeri tutmuş və onların hər ikisi Təhsil nazirliyi tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılmışlar.
Qəbələ rayon mədəniyyət müəssisələrində 2021-ci il ərzində bayram, tarixi və anım günləri, maarifləndirici tədbirlər, təqdimat mərasimləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronovirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə təyin etdiyi qaydalara uyğun olaraq keçirilmişdir.
Qəbələ RMX PHŞ-da 2021-ci il ərzində xəstələrin sayı 1747 nəfər, cərrahi əməliyyatların sayı 251 olmuşdur. Bu müddət ərzində 908 doğuş baş vermiş, ev doğuşu olmamışdır.
2019-cu ilin dekabr ayından bütün dünyanı cənginə alan, 2020-ci ilin fevral ayından isə ölkəmizdə yayılmağa başlayan yeni növ koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 18 yanvar 2021-ci il tarixdən ölkəmizdə, 19 yanvar 2021-ci il tarixdən isə Qəbələ rayonunda əhalinin vaksinasiya prosesi başlanılmışdır. Vaksinasiya prosesinə başlanılması ilə əlaqədar mərkəzi rayon xəstəxanasında bütün hazırlıq işləri görülmüş, ayrılmış otaqlar zəruri avadanlıqlarla təchiz edilmiş, tibb işçiləri təlimatlandırılmış və əhali arasında təbliğat işləri aparılmışdır. 19 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək Qəbələ rayonu üzrə əhalinin 59110 nəfəri (76.8 %) vaksinasiya edilib ki, onlardan 55143 nəfərinə hər iki doza vurulub. 15 sentyabr tarixdən isə vaksinasiyanın gücləndirici dozası olan “Booster” dozasının tətbiqinə başlanılmışdır. 1 yanvar 2022-ci il tarixədək 21532 nəfərə vaksinasiyanın gücləndrici dozası olan “ Booster” dozası tətbiq edilmişdir.
Qəbələ Müalicə Diaqnostika Mərkəzinin Konsultativ poliklinika şöbəsinə xəstə gəlişlərinin sayı 69151 nəfər, EKQ müayinələrinin sayı 9795, stomatoloji kabinetdə müalicə olunan xəstələrin sayı 1017 nəfər, stasionar şöbəyə daxil olan xəstələrin sayı 744 nəfər, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 727, şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 10262, kompüter tomoqrafik müayinələrin sayı 339, rentgen müayinələrin sayı 24283, fizioterapiya və tibbi bərpa şöbəsində prosedurların sayı 12636 olmuşdur. Kliniki laboratoriyada 9130 xəstədə 174061 növ müayinə aparılmışdır
Qəbələ Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilin əvvəlindən yoluxucu xəstəliklərin qarşısının alınması, sanitar profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı sahələr üzrə kompleks tədbirlər həyata keçirmişdir. 2021-ci il ərzində profilaktik peyvəndlərdən hepatit “B”-ə qarşı 892 peyvənd, Göyöskürək, Difteriya və Tetanusa qarşı 890 peyvənd, Qızılça, Parotit, Məxmərəyə qarşı 2067 peyvənd, Polimelitə qarşı 4465 peyvənd, 6 yaşlı uşaqlar arasında Difteriya və Tetanusa əleyhinə 1122 peyvənd, Pk 2569, İPV 850, HİB 2850, doğumun 4-7 günlərində 928 uşağa BSJ peyvəndi edilmişdir. Aparılmış profilaktik tədbirlərin nəticəsidir ki, son 10 il ərzində rayonda uşaqlar arasında difteriya, göy öskürək, tetanus, qızılça, parotit, məxmərək kimi idarə oluna bilən yoluxucu xəstəliklər qeydə alınmamışdır.
Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən cari il ərzində 42 tədbir keçirilmişdir. Bunlardan 25 tədbir gənclərlə iş sahəsini, 17 tədbir isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edir.
Hesabat dövrü ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xətti ilə keçirilən tədbirlərdə bir sıra nailiyyətlər əldə olunmuşdur. Stongmen idman növü üzrə keçirilən ölkə turnirində Sənan Şükürov birinci yeri, Budo döyüş növləri üzrə Silahlı Qüvvələrin respublika turnirində Nurməhəmməd Sadıqov və Rəhman Əsgərov I yeri, Cəsur Xurşudov II yeri, Ariz Ağayev və İlkin Tahirov III yeri, yeniyetmələrin cüdo üzrə Azərbaycan birinciliyində Tamerlan Cabbarov I yeri, gənclərin Azərbaycan birinciliyində Bəşirova Gülşən I yeri, Rəşidov Murad III yeri, Reqbi idman növü üzrə keçirilən Respublika birinciliyində Qəbələ rayon komandası I yeri, Budo döyüş növləri üzrə yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən ölkə birinciliyi və çempionatında Sadıqov Nurməhəmməd, Tahirov İlkin, Xurşudov Cəsur I yeri, Əsgərov Rəhman, Ağayev Ariz II yeri, Serbiyada keçirilən Dünya Məktəblilərinin idman Oyunlarında Eyvazlı Hüseyn III yeri, “ Zəfər günü”nə həsr edilmiş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə keçirilən Respublika çempionatının zona yarışında Qəbələ komandası II yeri, MMA üzrə keçirilən Göygöl Turnirində Səmədov Fərda I yeri, Ağayev Ariz, Xurşudov Cəsur II yeri, Strongmen və Strict curl idman növü üzrə keçirilən Respublika kubokunda Sənan Şükürov I yeri, Reqbi-7 idman növü üzrə keçirilən Respublika birinciliyində Qəbələ rayon komandası III yeri, Cüdo idman növü üzrə kişilər və qadınlar arasında Azərbaycan kubokunda Yusifov İmran I yeri tutmuşlar.
“Qəbələ Olimpiya İdman Kompleksi” MMC öz işini 2021-ci ildə idmanın inkişaf etdirilməsi, olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması və s. ilə bağlı fəaliyyət istiqamətləri üzrə təşkil etmişdir. Hesabat dövrü ərzində kompleksin xidmətlərindən 984 nəfər istifadə edmişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2021-ci tədris ilində 676 nəfər tələbə dərsə başlamışdır. Tədris ilini bitirən məzunların sayı 426 nəfər, keçid qruplarında tələbələrin sayı 179 nəfər olmuşdur. İlk dəfə Mərkəzi tam orta təhsil almaqla 54 tələbə bitirmişdir.
Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin regiondakı fəaliyyət imkanlarından Milli QHT-lər faydalanmışlar. Mərkəzlə 2021-cu il ərzində 12 milli QHT əməkdaşlıq edərək vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələr həyata keçirmişlər.
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində ehtiyacı olan şəxslərlə aktiv terapiya məşğələsi, psixoloji konsultasiya, inkişafetdirici məşğələ, loqopedik məşğələ, dil məşğələsi, rəqs məşğələsi və s. xidmətlər göstərilmişdir.
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin ardıcıl davam etdiyi bir dövrdə Qarabağ uğrunda gedən döyüşlərdə igidliklə şəhid olmuş vətən oğlullarının xatirəsi də unudulmamış, şəhid ailələrinin maddi və sosial durumu diqqət mərkəzində saxlanılmışdır. Qəbələ Rayon İcra Hakimiyyətinin bir qrup əməkdaşı bayram və anım günlərində 2016-cı ilin aprel döyüşlərində və Vətən müharibəsində həlak olmuş şəhid və qazi ailələrinə baş çəkmiş, ailələrə bayram sovqatları çatdırılmışdır. Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıdan bəhs olunmuş və vətəndaşların birinci şəxslərə bildirdikləri təşəkkür və minnətdarlıqlar diqqət çəkmişdir.
Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin, rayon təhsil şöbəsinin, gənclər və idman idarəsinin, uşaq və ailələrə dəstək mərkəzinin və digər idarə və müəssisə nümayəndələrinin iştirakı ilə hər bir şəhidin doğum və anım günü münasibətilə ailə üzvləri və gənclərlə birlikdə şəhidlərin məzarları ziyarət edilərək gül dəstələri qoyulmuş və ruhlarına dualar oxunmuş, ailələr evlərində ziyarət edilmişdir. Bundan əlavə 27 sentyabr – Anım günü, 8 noyabr – Zəfər günü münasibətilə böyük tədbirlər keçirilmiş, şəhidlərin ailə üzvləri və qazilərlə görüşlər təşkil edilərək onların problemləri dinlənilmişdir. Qaldırılan problemlərin bəziləri yerindəcə həll edilmiş, bəzilərinin həlli üçün tapşırıqlar verilmiş, həlli nəzarətə götürülmüşdür. 31 dekabr “Dünya azərbaycanlılarının Həmrəylik günü” münasibətilə keçirilən görüşdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri rayonun ictimai həyatında fəal iştirakına görə RİH-in Fəxri Fərmanı ilə təltif edilmişlər. Fəxri Fərmanlar tədbirdə ailə üzvlərinə təqdim olunmuşdur.
Rayonda həmin sərəncamın icrası ilə əlaqədar olaraq 2021-ci ildə əkin sahəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 4276424 manat məbləğində subsidiya plastik kart vasitəsi ilə çatdırılmışdır.
2018-ci ildən etibarən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsinə başlanmışdır. 2021-ci ildə 558 nəfər arıçıya saxladıqları 12765 ədəd arı pətəyinə görə 127650 manat məbləğində subsidiya verilmişdir.
Qeyd etmək lazımdır ki, taxılçılıq rayon iqtisadiyyatının əsasını təşkil edir. 2021-ci ilin məhsulu üçün 2020-ci ilin payızında 19562 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir ki, onun da 14420 hektarını buğda, 5142 hektarını isə arpa sahələri təşkil etmişdir. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, ötən il ümumi məhsuldarlıq 33,4 sentner olmuşdur.
Torpaq sahibləri tərəfindən 2021-ci ildə 232 hektar qarğıdalı, 2021-ci ildə 393 hektar kartof, 2021-ci ildə 386 hektar tərəvəz, 2021-ci ildə 2 hektar bostan bitkiləri və 2021-ci ildə 25 hektar tütün əkilmişdir. Həmin sahələrdən 2021-ci ildə 434 ton qarğıdalı, 2021-ci ildə 2488 ton kartof, 2021-ci ildə 29 ton bostan, 2021-ci ildə 3277 ton tərəvəz məhsulları və 2021-ci ildə isə 31,7 ton tütün yığılmışdır. Son illər rayonun kənd təsərrüfatı bitkilərinin əkin quruluşunda xeyli dəyişiklik aparılıb. Belə ki, heyvandarlığın yemə olan tələbatının ödənməsi üçün taxıl sahələri 1500 hektara qədər azaldılmış və həmin sahələrdə yem bitkiləri əkilmişdir. Əsasən yonca, vələmir, yem noxudu və yem çuğunduru əkinlərinə diqqət artırılmışdır.
Rayon üçün meyvəçilik və üzümçülük də önəmli sahələrdən hesab edilir. Hazırda rayonda 2021-ci ildə 8868,2 hektar meyvə və giləmeyvə bağları2021-ci il üzrə 433,4 hektar üzüm plantasiyaları mövcuddur. 2021-ci ildə 14262,7 ton meyvə və giləmeyvə, 2021-ci ildə 2284,4 ton üzüm məhsulu yığılmıçdır. Meyvə bağlarında məhsuldarlıq 17,6 sentner, Növbəti il üçün süfrə üzümü sahələrinin artırılması nəzərdə tutulur.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi indi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün vacibdir. İxrac yönümlü kənd təsərrüfatı məhsulları istehsalının artırılması da diqqət mərkəzində saxlanmalıdır.
Ölkə başçısının 16 noyabr 2016-cı il tarixli 2442 saylı Sərəncamına əsasən fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi fermerlərdə yeni fındıq bağlarının salınmasına stimul yaratmış və bu sahədə rayonumuzda xeyli işlər görülmüşdür.
Belə ki, rayonumuzda 2021-ci ilin payızından etibarən əlavə olaraq 4 hektar yeni fındıq bağları salınmışdır2021-ci ildə isə 6079 ton fındıq tədarük olunmuşdur. Tədarük olunan fındıq İtaliya, Almaniya və Rusiya Federasiyasına ixrac olunmuşdur.
Uzun müddətli fasilədən sonra rayonumuzda barama və tütün istehsalına da başlanılmışdır. 2021-ci ildə 84 kümçü tərəfindən 12 ton 497 kq barama istehsal edilmişdir. Barama istehsalının artırılması məqsədi ilə 2016-cı ilin payızından etibarən tut tinglərinin əkilməsinə başlanılmışdır ki, bu da gələcəkdə bizə barama istehsalının artırılmasına şərait yaradacaqdır.
Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən torpaq sahibləri arasında, pay torpaqlarının könüllülük prinsipi əsasında birləşdirilərək iri təsərrüfatların yaradılması istiqamətində təbliğat işləri aparılır. Belə təsərrüfatların yaradılması iqtisadi cəhətdən səmərəli olmaqla təsərrüfatda bütün aqrotexniki qaydalara riayət olunması üçün şərait yaradır.
2021-ci ildə 15640 hektar sahədə alaq otlarına qarşçı kimtyəvi mübarizə aparılmışdır.
Məlum olduğu kimi yüksək məhsuldarlığın əldə olunmasında kondisiyalı toxum mühüm rol oynayır. 2021-ci ildə hüquqi və fiziki şəxslər tərəfindən rayon toxum müfəttişliyinə laboratoriya analizinə gətirilmiş müxtəlif kənd təsərrüfatı bitkilərinin toxumları yoxlanılmış və onlara müvafiq rəylər verilmişdir. Rayonda fəaliyyət göstərən 6, o cümlədən 2 hüquqi və 4 fiziki şəxslərin təsərrüfatlarına məxsus toxumluq əkin sahələrinin 2021-ci ildə isə 1181 hektarında abrobasiya aparılaraq ortaq məhsuldarlıq müəyyən edilmişdir. Biçilmiş toxumluq sahələrin məhsuldarlığı 2021-ci ildə 44 sentner təşkil etmiş, 2021-ci ildə 3376 ton sertifikatlı toxum istehsal olunmuşdur. Payızlıq əkin əsasən bu toxumlarla aparılmışdır.
Hazırda rayonda kənd təsərrüfatı işləri üçün kifayət qədər texnika mövcuddur. Fiziki şəxslərdə 390 ədəd, hüquqi şəxslərdə isə 194 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vardır. Bütövlükdə rayonda 60 ədəd taxılyığan kombayn, 25 ədəd tırtıllı, 405 ədəd təkərli traktor, 24 ədəd buldozer, 52 ədəd ekskovator və s. kənd təsərrüfatı texnikası mövcuddur. Kənd təsərrüfatı texnikası parkı daim təzələnir.
2021-ci ildə iri buynuzlu mal-qaranın sayı 43296 baş, o cümlədən inək və camışlar 21301 baş, qoyun-keçilər 177046 baş, donuzlar 800 baş olmuşdur.
Rayonumuzda ət istehsalı 2021-ci ildə (diri çəkidə) 6257,2 ton, o cümlədən inək əti 2930,5 ton, camış əti 352,7 ton, qoyun əti 2059 ton, keçi əti 16,3 ton, donuz əti 12,4 ton, quş əti 886,3 ton, süd istehsalı 40891,7 ton, o cümlədən inək südü 39976,4 ton, camış südü 561,6 ton, qoyun südü 353,7 ton, yumurta istehsalı 22971 min ədəd, yun istehsalı isə 413,5 ton olmuşdur.
Qəbələdə 2 müasir heyvandarlıq kompleksi və 4 ədəd kiçik həcimli heyvandarlıq təsərrüfatı fəaliyyətə başladıqdan sonra rayon əhalisinin ətə və südə olan tələbatının ödənməsində ciddi müsbət dəyişikliklər baş vermişdir.
Mal-qaranın cins tərkibinin, eləcə də damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması üçün 9 nəfər süni mayalama mütəxəssisi fəaliyyət göstərir. 2021-ci ildə 8624 baş inək və düyədə süni mayalama aparılmış və onlardan 5185 baş yüksək genetik potensiala malik buzovlar alınmışdır. 2016-cı ilin oktyabr ayından etibarən süni mayalama yolu ilə alınmış hər bir buzova görə subsidiya verilir. 2021-ci ildə 2065 nəfər heyvan sahibinə 3605 baş buzovlara görə 360500 manat məbləğində subsidiya ödənilmişdir.
Heyvanların yoluxucu xəstəliklərə tutulmaması üçün vaxtaşırı lazımi müayinə və profilaktika və peyvəndləmə işləri aparılır. Hazırda rayonda epizootik durum sabitdir.
Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 2021-ci ildə 102 hektar sahədə 85347 ədəd ağac əkilmiş. Tinklik üçün 1.3 hektar sahədə 1902 kq toxum səpilmişdir, 12 ha sahə kol-kosdan təmizlənmişdir.
2021-ci il ərzində rayon icra hakimiyyətinə daxil olan bütün müraciətlərə qanunun tələblərinə uyğun şəkildə baxılmışdır. Bu dövrdə rayon icra hakimiyyətinə ümumilikdə 1346 ərizə daxil olmuşdur. O cümlədən 416 ərizə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 17 ərizə Milli Məclisdən, 22 ərizə Nazirlər Kabinetindən, 48 ərizə digər mərkəzi icra hakimiyyəti orqanlarından, 843 ərizə isə vətəndaşlardan birbaşa daxil olmuşdur.
Vətəndaşlar tərəfindən göndərilən ərizələrin məzmunu əsasən onların mənzillə təmin olunması, müalicəyə göndərilməsi, ünvanlı dövlət sosial yardımının təyin edilməsi, birdəfəlik maddi yardımın verilməsi, işə düzəlmə və s. barədə olmuşdur.
Daxil olan ərizələr ətraflı öyrənilərək hər birinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablar verilmişdir.
Ötən il ərzində vətəndaşların qəbulunun həyata keçirilməsi istiqamətində də müvafiq işlər görülmüşdür. Belə ki, 2021-ci il ərzində 961 nəfər vətəndaş rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir. Qəbula gələn vətəndaşların müraciəti ilə bağlı lazımi tədbirlər görülmüş, onların haqlı tələbləri qanunamüvafiq qaydada həll edilmişdir.