Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon haqqında

Qəbələ rayonu 8 sentyabr 1930-cu ildə Azərbaycan Respublkiasının inzibati rayonlarından biri kimi yaradılmışdır. Respublkia ərazisinin 1/50 hissəsini təşgil edən Qəbələ rayonunun sahəsi 1550 km² –dir. Qəbələ ərazisi ,,4” yanvar 1963-cü ildə Ağdaş rayonunun tərkibinə qatılmış, 17 yanvar 1964-cü ildən yenidən ayrıldıqda inzibati rayona çevrilmişdir.

Rayonun adı 7 fevral 1991-ci ilə qədər Qutqaşın, həmin tarixdən isə rayonun qədim adı bərpa edilərək Qəbələ adlandırılmışdır.

Rayonda bir şəhər (Qəbələ), 3 qəsəbə (Vəndam, Bum və Nic) və 60 kənd inzibati ərazi dairəsi var. Bu yaşayış məntəqələri 60 İnzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsi ilə idarə olunur.

Rayonun inzibati mərkəzi Qəbələ (Qutqaşın) 1959-cu ilə dək kənd, 1959-74-cü illərdə qəsəbə və 1974-cü ilin mart ayının 15-dən şəhər statusuna malikdir. Okean səviyyəsindən 900 m hündürlükdə, Dəmiraparan çayının sağ sahilində yerləşən müassir, gündən-günə gözəlləşən Qəbələ rayonunun əhalisi (01.01.2024-cü il tarixə) 108879 nəfərdir. Rayonun Bakı şəhəri ilə arasındakı olan məsafə 225 km-dir.

Qeyd: Əhali ilə bağlı statistik məlumatlar illik olaraq yenilənir.

Unikal təbii-iqlim şəraiti, dağ havası, mineral bulaqları, gur şəlaləri, iti axan dağ çayları, lacivərd landşaftı ilə seçilən, tarixi ,,İpək yolu”nun üstündə yerləşən, qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərinin qalıqları və onlarca digər tarixi abidələri ilə şöhrət tapmış Qəbələ rayonu çox böyük rekrasiya və turizm imkanlarına malikdir.
Bununla yanaşı son illərdə xüsusi sektorda turist-istirahət komplekslərinin sayı sürətlə artmaqdadır. Qeyd etmək lazımdır ki, rayonda mövcud olan “Qafqaz Resort”. “Qafqaz Riverside”, “Qafqaz Sport” hotelləri, “Qəbələ”, “Karvan” otelləri, “Yengicə” istisu müalicə-sağlamlıq mərkəzi, “Xanlar”, “Çənlibel”,”Semerana”, “ Duyma”, “Yeddi gözəl”,”Sahil”, “Selbasar” istirahət mərkəzlərinə gələn qonaqların xoş istirahəti üçün hər cürə şərait yaradılmışdır.
Qəbələdə turizmin prespektiv inkişafı və bu istiqamətdə yerli kadralara getdikcə artan təlabatı nəzərə alınaraq rayon mərkəzində turizm və otelşunaslıq üzrə peşə təhsili mərkəzinin açılması üçün müvafiq hazırlıq tədbirləri görülür. və nahayət Ilahi Qəbələyə öz səxavətini əsirgəməmiş, ona əfsanəvi təbiət gözəlliyi, bol-bol sərvətlər bəxş etmişdir. Zəngin tarixli, özünəməxsus milli adət ənənələri ilə seçilən qonaqpərvər Qəbələlilərdə bu el-obanı gəzib-görmək istiyən hər bir xoş niyyətli insani qəlbaçıqlığı ilə mehman etməyə daim hazırdır!

Qəbələ şəhərinin yaşıllıq ərazilərinin sərhədlərinin qrafik təsviri

Şəhərin küçələri haqqında
Məlumat

 

S/S Küçənin adı Arayış Uzunluğu (metr)

1.

Heydər Əliyev Ümummilli Lider 12195

2.

Zərifə Əliyeva Azərbaycanın oftalmoloqu, tibb elmləri doktoru 2852

3.

İsmayıl bəy Qutqaşınlı Azərbaycan yazıçısı 6308

4.

20 Yanvar Hüzn günü 760

5.

28 may Respublika günü  3658

6.

Polad Həşimov  Şəhid, general-mayor 1158

7.

Məhəmməd Füzuli Şair 685

8.

Fazil Rəhimov Əməkdar İnşaatçı 383

9.

Abbasqulu Ağa Bakıxanov Şair, yazıçı 442

10.

Afiyəddin Cəlilov Dövlət xadimi 524

11

Araz Cavadov Şəhid 539

12.

Arif Haqverdiyev Şəhid 565

13.

Cavid Yusifov Şəhid 377

14.

Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı 1044

15.

Cəfər Cabbarlı Yazıçı, Dramaturq 754

16.

Nizami Gəncəvi Şair, mütəfəkkir 673

17.

Nəsibə Zeynalova Aktrisa 2029

18.

İsmət Qayıbov Milli qəhrəman 1356

19.

Mirzə Fətəli Axundov Şair, Dramaturq 2250

20.

Mirzə Ələkbər Sabir Xalq şairi 381

21.

Əhmədağa Bağırov Şəhid 710

22.

Ümnisə Musabəyova Alim, göz həkimi 741

23.

Əhməd Cavad Şair 576

24.

Məhəmməd Qəribov Əməkdar müəllim 379

25.

Vahid Qəhrəmanov İlk hüquq elmlər doktoru 837

26.

Mikayıl Müşviq Şair, pedaqoq 768

27.

Nəriman Nərimanov İçtimai-siyasi xadim 936

28.

Elçin Kərimov Şəhid 256

29.

Ələkbər Kərimov Texnika elmləri doktoru 492

30.

Ərzuman Hüseynov Ziyalı 700

31.

Faiq Hacıyev Alim 238

32.

Əfqan Abdurahmanov Şəhid 897

33.

Fikrət Əmirov Bəstəkar 418

34.

Həsən Əliyev Alim, akademik 742

35.

Güləhməd Qarayev Represiya qurbanı 652

36.

Hüseyn Cavid Xalq şairi 754

37.

İmran Mahmudov Dövlət təhlükəsizlik xidmətinin işçisi, podpalkovnik 255

38.

Kərim Kərimov  Alim, hərbiçi 335

39.

Qalib Həmidov Şəhid 619

40.

Məcid Mərdanov Elmlər doktoru , professor 542

41.

Məmməd Məmmədov Ziyalı 1742

42.

Məhəmməd Əzizli Nüfuzlu rayon ağsaqqalı 285

43.

Şaiq Qəribov Elmlər doktoru , professor 430

44.

Məmməd Araz Şair, tərcüməçi, publisist 547

45.

Samir Kərimov Şəhid 524

46.

Osman Sadıqov Əməkdar rabitə işçisi 486

47.

Niyazı Kərimov Professor, hərbi drijor 420

48.

Xurşudbanu Natəvan Şairə 470

49.

Abbas Səhhət   Xalq şairi  864

50.

Zaur Süleymanov Şəhid 390

51.

İmadəddin Nəsimi Şair, mütəfəkkir 2132

52.

Qara Əhmədov Tarix elmləri doktoru, professor 752

53.

Ramil Sadıqov Hərbi xidmətçi olub 227

54.

Sadiq Eyyubov Şəhid 277

55.

Tofiq İsmayılov Kinorejissor 452

56.

Ziya Bünyadov Sovet İttifaqı Qəhrəmanı Akademik  346

57.

Məhəmmədhüseyin Şəhriyar Şair 539

58.

Səməd Vurgun Xalq şairi

643

59.

Seyid Əzim Şirvani Şair 1091

60.

Surə Kərimova Əməkdar həkim 661

61.

Molla Pənah Vaqif Xalq şairi 487

62.

Xalid Qasımov Həkim, Professor 551

63.

Şah İsmayıl Xətai Sərkərdə 418

64.

Arif Məlikov Bəstəkar, rəssam 341

65.

Babək Xalq qəhrəmanı 686

66.

Bəxtiyar Vahabzadə Xalq şairi 347

67.

Cavidan Xalq sərkərdəsi 593
68 Cəlil Məmmədquluzadə Yazıçı, dramaturq

575

69 Əziz Əliyev dövlət xadimi, tibb elmləri doktoru, professor.

1420

70 Fətəli Xan Dövlət xadimi və sərkərdə

277

71 İlyas Əfəndiyev Xalq yazıçısı, drmaturq

364

72 İsmayıl Şıxlı Yazıçı, publisist

235

73 Koroğlu Xalq qəhrəmanı

514

74 Maqsud İbrahimbəyov Yazıçı, rkinodramaturq

340

75 Mehdi Hüseyinzadə Sovet İttifaqı Qəhrəmanı

193

76 Məhəmməd Hadi Şair

431

77 Məhsəti Gəncəvi Şairə, yazıçı

396

78 Mirzə İbrahimov Xalq müəllim yazıçı, dramaturq

465

79 Mirzə Şəfi Vazeh Şair, mütəfəkkir

388

80 Molla Vəli Vidadi Şair

703

81 Müslüm Moqamayev Bəstəkar, dramaturq

345

82 Qara Qarayev Xalq artisti, musiqiçi

600

83 Rəşid Behbudov Musiqiçi, Xalq artisti

530

84 Cahangir Qəhrəmanov Alim, professor, əməkdar elm xadimi

458

85 Adəm Heydərov Şəhid

310

86 Səttar Bəhlulzadə Rəssam

524

87 Səttərxan Xalq qəhrəmanı

483

88 Süleyman Rəhimov Xalq yazıçısı

708

89 Süleyman Sani Axundov Dramaturq

529

90 Üzeyir Hacıbəyli  Bəstəkar, musiqiçi

310

91 Vahid Musabəyov Müəllim, ziyalı

317

92 Vəli Axundov İctimai-siyasi xadim

465

93 Ağamurad İsmayılov İctimai-siyasi xadim

518

94 Abdulla Şaiq Şair, dramaturq

905

95 Əşrəf Əlimirzəyev İctimai-siyasi xadim

462

96 Asəf Zeynallı Bəstəkar

393

97 Aşıq Ələsgər Ustad aşıq

777

98 Cabbar Qaryağdıoğlu Xanəndə, bəstəkar

412

99 Əliağa Şıxlınski Hərb xadimi

294

100 Emin Sabitoğlu Bəstəkar, musiqiçi

0487

101 Hacı Zeynalabdin Tagıyev Azərbaycanlı milyonçu

334

102 Həsən Bəy Zərdabi Maarifçi, pedaqoq

274

103 Həsən Seyidbəyli Nasir, kinodramaturq

406

104 Hüseynqulu Sarabski Müğənni, aktyor

191

105 Mirzə Babayev Xalq artisti

0.436

106 Mirzə Sadıq Musiqiçi, tarzən

392

107 Möhsün Sənani Aktyor

236

108 Murtuza Muxtarov Azərbaycanlı milyonçu

314

109 Musa Nağıyev Azərbaycanlı milyonçu

302

110 Qasım Bəy Zakir Şair

217

111 Qəmər Almaszadə  Balerina, baletmeyster

304

112 Rasim Ocaqov Kinorejissor

560

113 Səməd Bəy Mehmandarov Hərb xadimi

296

114 Şəmsi Əsədullayev İctimai xadim, neft maqnatı

300

115 Tofiq Bəhramov Futbolçu hakimi

694

116 Tofiq Tağızadə Aktyor

297

117 Toğrul Nərimanbəyov Rəssam

257

118 Vaqif Mustafazadə Bəstəkar

685

119 Vüqar Həşimov Şahmatçı

307

120 Yusif Məmmədəliyev Akademik

300

121 Zivər Bəy Əhmədbəyov Memar

303

122 9 noyabr Dövlət bayrağı günü şərəfinə

1308

123 Abbas Mirzə Şərifzadə Teatr və kino rejissoru

309

124 Alı Mustafayev Milli qəhrəman

683

125 Əlif Hacıyev Azərbaycan Respuplikasının Milli Qəhrəmanı

784

126 Fərman Salmanov Geologiya-mineralogiya elmləri doktoru,sosialist əməyi qəhrəmanı

393

127 Firidun Bəy Köçərli Maarifçi, pedaqoq

418

128 Gültəkin Əsgərova Hərbiçi həkim, Azərbaycan Respuplikasının Milli Qəhrəmanı

859

129 Lütfiyar İmanov Opera müğənnisi

378

130 Mirəli Qaşqay Geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR              EA-nın akademiki

385

131 Mübariz İbrahimov Milli qəhrəman

743

132 Salatın Əskərova Milli qəhrəman

652

133 Şövkət Ələkbərova Müğənni

1237

134 Həsənağa Turabov

Aktyor, xalq artisti

369
135 İsrafil Məmmədov

Hərbiçi, Sovet İttifaqı Qəhrəmanı

478
136 Mikayıl Abdullayev

Xalq rəssamı, professor

860
137 Nurəddin Tağızadə

Böyük vətən müharibəsi veteranı, ziyalı

350
138 Mirvarid Dilbazi

Şairə, xalq şairəsi

1347
139 Süleyman Ələsgərov

Bəstəkar, xalq artsisti

300
140 Hökümə Qurbanova

Aktirisa, xalq artisti

401
141 Sara Qədimova

Xanəndə, xalq artisti

732
142 Muxtar Abduyev

Kənd təsrrüfatı elmləri doktoru, alim professor

491
143 Musa Məmmədov

Dövlət xadimi, iqtisad elmləri doktoru, əməkdar aqronom

425
144 Yaşar Nuri

Aktyor, xalq artisti

596
145 Səyavuş Aslan

Aktyor, xalq artisti

285
146 Hacıbaba Hüseynov

Xanəndə, xalq artisti

292
147 Yusif Musabəyov

Kimya elmləri doktoru, professor

276
148 Əliağa Ağayev

Aktyor, xalq artisti

515
149 Aqşin Ənvərli  Şəhid

450

150 Natiq İsmayılov Şəhid

216

151 İqbal Babayev Şəhid

362

152 Hakim Baxışov Şəhid

212

153 Elşən Dəmirli Şəhid

155

154 İsmayıl Qurbanov Şəhid

300

155 Tale Şirinov Şəhid

200

156 İmamaəddin Yusifov Şəhid

162

157 Elməddin Mustafayev Şəhid

141

158 Sərvan Eyyubov Şəhid

146

159 Tapdıq Ağayev Şəhid

204

160 Ağaşirin Babayev Şəhid

190

161 Ruslan İdrisov Şəhid

152

162 Mikayıl Əhmədov Şəhid

286

163 Rəşid Nəsrullayev Şəhid

237

164 Sahil Şirinov Şəhid

393

165 Əliağa Vahid Şair, qəzəlxan

220


 

Keçidlər