Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

08 oktyabr 2026-cı il tarixdə “Qəbələ-Xankəndi” marşrutu üzrə ultramarafon qaçışına start verilib.

08 oktyabr 2026 | 12:44

08 oktyabr 2026-cı il tarixdə Qəbələdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, Bakı Şəhər Halqası, “Zəfər” qaçış klubu və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Qəbələ-Xankəndi” marşrutu üzrə ultramarafonuna start verilib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad etmişlər. Qəbələ şəhər Heydər Əliyev parkında təşkil olunan tədbirin rəsmi hissəsi Azərbaycan Dövlət Himninin səslənməsi və Ümummilli Lider Heydər Əliyevin, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova qonaqları salamlayaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan idman və gənclər strategiyasının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Qəbələnin beynəlxalq miqyaslı tədbirlərə - dövlət başçılarının iştirakı ilə keçirilən zirvə toplantılarına, görüşlərə, sammit və forumlara, beynəlxalq musiqi festivallarına, incəsənət sərgilərinə, idman yarışlarına ev sahibliyi etdiyini diqqətə çatdırmış və idmançılara uğurlar arzulamışdır. Çıxış edən Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov ardıcıl üçüncü dəfə keçirilən ultramarafonun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, yarış iştirakçılarının marşrutun 3-cü günü Bərdədən Ağdamadək 44 kilometr məsafə qət edəcəklərini və bu rəqəmin Vətən müharibəsində qazanılan zəfərlə əlaqədar rəmzi məna daşıdığını diqqətə çatdırmışdır. Çıxış edən Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə ultramarafona marağın ildən-ilə artdığını, bu cür yarışların bölgələrdə idmanın inkişafına böyük təkan verdiyini bildirmişlər. “Qəbələ-Xankəndi” marşrutu üzrə ultramarafon qaçışına Qəbələdən start götürən marafona Azərbaycan, İran, Ukrayna, Gürcüstan, Rusiya və Litvadan 97 nəfər atlet qatılıb. 08-11 oktyabr 2026-cı il tarixlərdə keçiriləcək marafonda iştirakçılar 192 km məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar.

Keçidlər