Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirilib

01 avqust 2025 | 21:22

Qəbələ "ASAN xidmət" mərkəzində “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan dilini zəngiliyini, milli-mədəni dəyərini təbliğ etmək, gənclərdə ana dilinə sevgi və məsuliyyət hissini gücləndirməkdir. Çıxışlarda ana dilimizin tarixi inkişaf mərhələləri Ulu Öndər Heydər Əliyevin dilimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlər vurğulanmış, dilimizin inkişaf etdirilməsi üçün dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasət qeyd edilmişdir. Sonda Azərbaycan dilinə həsr olunmuş videoçarx təqdim olunmuşdur.

Keçidlər