“1 İyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü” münasibəti ilə tədbir keçirilib
30 may 2024-cü il tarixidə Qəbələ Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzinin və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə “1 İyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü” münasibəti ilə tədbir keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlamış, Ulu Öndərin və torpaqlarımızın işğaldan azad olması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər uşaq hüquqlarından, dövlətimiz tərəfindən uşaqların sosial müdafiəsinin gücləndirilməsi və sağlam böyüməsi üçün görülmüş işlərdən danışmışlar. Tədbirdə rayon mədəniyyət mərkəzinin şən klounları uşaqlara sevincli anlar yaşatmış, uşaqların ifasında müxtəlif rəqs nümunələri göstərilmişdir. Sonda “1 İyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü” ilə əlaqədar videoçarx nümayiş olunmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyələr təqdim edilmişdir.