Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Biz həkim olmaq istəyirik” adlı  tədbir keçirilib

02 iyun 2025 | 10:41

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. 50-dən çox uşağın iştirakı ilə keçirilən tədbirin məqsədi uşaqlarda sanitar-gigiyena mədəniyyətini formalaşdırmaq, tibb sahəsinə maraq yaratmaq, onları həkimlərin, tibb bacılarının və digər səhiyyə işçilərinin işi ilə yaxından tanış etməkdən ibarət olub. Tədbirdə iştirak uşaqların böyük sevinc və marağına səbəb olmuşdur.

Keçidlər