1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların dəb dünyası” adlı əyləncəli tədbir keçirilib.
29 may 2025-ci il tarixdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Qızıl Aypara Cəmiyyətinin Qəbələ rayon bölməsinin və Elnur Bəşirov adına Vəndam qəsəbə 3 saylı tam orta məktəbin tərkibində İcma əsaslı məktəbəqədər təhsil qrupunun birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların dəb dünyası” adlı əyləncəli tədbir keçirilib. Tədbirdə uşaqların iştirakı ilə keçirilən dəb nümayişini münsif qismində çıxış edən uşaqlar qiymətləndirib, Şən klounun oyunları və zarafatları, uşaqların rəqs nömrələri tədbirə xüsusi rəng qatmış, iştirakçılarda xoş əhval-ruhiyyə yaratmışdır. Sonda uşaqlara təşəkkürnamə və hədiyyələr təqdim edilmişdir.