1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
01 mart 2024 | 17:35
1-mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin, Asan Xidmət Mərkəzinin, FHN-in Şimal-Qərb Regional Mərkəzinin, rayon təhsil sektorunun nümayəndələrinin iştirakı ilə Qəbələ Rayon Asan Xidmət Mərkəzində, rayonun ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Tədbirdlərdə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilmiş, iştirakçılara fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsi, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunma haqqında məlumat verilmişdir.