1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar maarifləndirici görüş keçirilib.
02 oktyabr 2026 | 12:01
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar “Dəyərlərimizi ötürək” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbirdə çıxış edənlər ahıllara diqqət və qayğının göstərilməsi, onların həyat təcrübəsinin və mənəvi irsinin gələcək nəsillərə ötürülməsi, ailədə və cəmiyyətdə yaşlı insanlara hörmətin qorunmasının əhəmiyyəti vurğulamış, nəsillər arasında qarşılıqlı anlaşmanın və ailə bağlarının möhkəmləndirilməsinin sağlam mənəvi mühitin formalaşmasında mühüm rol oynadığı bildirmişlər. Görüş diskussiya şəklində davam edib.













