Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Sənin səsin - sənin seçimin” adlı layihə çərçivəsində seminar

09 aprel 2013 | 15:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin icrası məqsədilə Gənclər və İdman Nazirliyinin dəstəyi və “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə  “Sənin səsin - sənin seçimin” adlı layihə çərçivəsində 08 aprel 2013-cü il tarixdə Qəbələ Turizm və Otelçilik Peşə tədrisi mərkəzində ilk dəfə səs verən gənclərlə birgə maarifləndirici seminar keçirililmişdir.        
Seminarı giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov Azərbaycanın 30 rayonunu əhatə edəcək layihənin keçirilməsində məqsədin ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, informasiya çatışmazlığının aradan qaldırılması, gənclərin seçkilərdə aktiv iştirakına töhfə verməkdən ibarət olduğunu bildirdi.
Daha sonra layihə rəhbəri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin rəhbəri Nurəddin Mehdiyev bildirdi ki, bu il ölkəmizdə mühüm siyasi kompaniya - Azərbaycan Respublikası Prezidentinin seçkiləridir. Azərbaycan Respublikasının qanunvericiliyi müasir dövlətlərin əksəriyyətində olduğu kimi, müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyətindən məhrum olmuş şəxslər istisna olmaqla, 18 yaşına çatmış bütün vətəndaşların aktiv seçki hüququnun olduğunu nəzərdə tutur. Lakin onların bir çoxu seçki prosesində aktiv seçki hüququndan istifadə etmirlər, passivlik və laqeydlik nümayiş etdirirlər. N.Mehdiyev çıxışında vurğuladı ki,  müşahidə olunur ki, bəzi gənclər ən adi seçki hüquqları haqqında, səsvermə proseduraları, səsvermə qaydaları haqqında məlumatsızdırlar. Bu vəziyyət daha çox yaşı 18-ə çatmış və ilk dəfə səs verən gənclər arasında müşahidə olunur. Bu baxımdan layihənin həyata keçirilməsi aktuallıq kəsb edir. Bu layihə seçkilərin praktiki-qanunverici aspektl'rinin daha dərindən dərkinə, son nəticədə isə gənclərin maarifləndirilməsinə və eyni zamanda seçkilərdə daha fəal iştirakına imkan yaradacaq.
Çıxış edənlərdən  layihənin təlimçisi, QHT təlim və resurs mərkəzinin icraçı direktoru Qalib Nəbiyev məruzəsi zamanı seçkilərin məqsədi və rolu, seçki sistemləri, Azərbaycanda seçkilərin keçirilməsi prinsipləri, seçicilərin vəzifələri,  səs vermə günü “exit poll”un keçirilməsi barədə geniş məlumat verərək gənc seçiciləri aktiv olmağa dəvət etdi.
Seminarda seçki maariflənməsi ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirildi, ilk dəfə səs verən gənclərə rayon Polis şöbəsinin əməkdaşı tərəfindən şəxsiyyət vəsiqələri təqdim olundu. Layihə iştirakçıları olan ilk dəfə səs verən gənclərə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən hazırlanmış “Seçki təlimat jurnalı”, “İlk dəfə səs verən gənclər üçün yaddaş kitabçası”, təsvirli köynəklər, bukletlər, cib təqvimləri  paylanıldı.

Keçidlər