Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Seminar - treninq keçirilmişdir.

28 oktyabr 2016 | 16:00

Qəbələ rayon icra hakimiyyətində rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə müavinlərinin iştirakı ilə informasiya təhlükəsizliyinin təmin edilməsi başlığı altında seminar - treninq keçirilmişdir. Toplantıda çıxış edən RİH-nin informasiya təminatı və təhlil sektorunun müdiri Zahir Kərimov qeyd etmişdir ki,  müasir zamanda dövlət idarəetmə sistemində ən yeni texnologiyaların, elektron vasitələrin istifadəsi zəruri amilə çevrilmişdir.
Bildirilmişdir rayon icra hakimiyyətinə vətəndaşlar tərəfindən olunan müraciətlərin həllinin operativliyini təmin etmək məqsədilə RİH-nin rəsmi internet saytında  “www.qebele-ih.gov.az”  icra hakimiyyətinin başçısına, həmçinin icra hakimiyyəti başçısı aparatının bütün işçilərinə müraciət etmək üçün Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “gov.az domeninin inzibatlaşdırılması Qaydaları” na uyğun olaraq dövlət orqanları üçün ayrılmış dövlət veb seqmentinin .gov.az domeni altında elektron poçt ünvanları açılmışdır. Qeyd olunmuşdur ki, dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə  bu qarşıya qoyulmuş əsas vəziflərdən biridir. Natiq diqqətə çatdırmışdir ki, bütün bunlar nəzərə alınaraq rayonun inzibati ərazi nümayəndəlikləri tərəfindən aparılan elektron sənəd dövriyyəsinin və elektron poçt vasitəsi ilə aparılan yazışmaların, həmçinin daxil olan elektron müraciətlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə rayonun şəhər, qəsəbə, və kəndlərinin hər birinə ümumilikdə 60 inzibati ərazi dairəsinə “gov.az” domeni altında elektron poçt ünvanları açılmışdır.      
Daha sonra çıxış edən RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə  orqanları  ilə iş şöbəsinin  baş məsləhətçisi Absalam Hüseynov  inzibati ərazi dairəsinə daxil olan və göndərilən məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi barədə məlumat vermişdir.
Toplantıda iştirak edən Qəbələ rayon Telekommunukasiya Qovşağı mərkəzi ATS-nin mühəndisi Kənan Səlimov çıxış edərək informasiya mübadiləsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi, mühafizə olunan rabitə kanallarından istifadənin əhəmiyyəti barədə ətraflı məlumat vermişdir. Seminar-treninqdə rayonun inzibati ərazi dairələri üçün gov.az domeni altında ayrılmış elektron poçt ünvanları təqdim olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər