Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Cüdo üzrə yeniyetmələr arasında zona birinciliyi keçirilmişdir.

30 oktyabr 2016 | 02:00

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kiçik yaşlı yeniyetmələr və yeniyetmələr arasında cüdo idman növü üzrə zona birinciliyi keçirilmişdir. İlin sonudək regionlarda və paytaxtda keçiriləcək yarışlar bu idman növünün daha populyarlaşmasına yönəlib. Cüdo Federasiyasının bölgələrdə bu idman növünün inkişafı istiqamətində gördüyü işlər çərçivəsində hakimlər də diqqətdən kənarda qalmayıb. Bunun üçün zona birinciliyində paytaxtdan gələn ədalət qoruyucuları ilə yanaşı regiondan olan hakimlər də görüşləri idarə edib.Yarış 27-28 oktyabr 2016-cı il tarixdə Qəbələ Olimpiya İdman Kompleksində baş tutmuşdur. Birincilikdə Respublikanın Şamaxı, Qobustan, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz rayonlarından 6 komanda üzrə 80-dək idmançı iştirak etmişdir.
Yarışın keçirilməsində əsas məqsəd cüdo idman növünün regionlarda təbliği və inkişafına nail olmaq, regionlardakı idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, uşaq və yeniyetmə idmançılarda yarış təcrübəsini və ustalığı inkişaf etdirmək, cüdo üzrə rayon yığma komandasının tərkibini müəyyən etməkdən ibarətdir.
Birinciliyin açılış mərasimində Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Tərlan Poladov, Tərlan Həsənov  da çıxış edərək yarışın məqsəd və vəzifələri haqqında məlumat vermiş və idmançılara uğurlar arzulamışlar.
Açılş mərasimindən sona yarışın ilk günü 2003-2004-cü il təvəllüdlü oğlan və qızlar mübarizə aparmışlar. Yarışın ikinci günü isə 2000-2002-cı il təvəllüdlü cüdoçular güclərini sınamışlar. Yarış mövcud Beynəlxalq qaydalara əsasən keçirilmişdir. Birincilikdə komanda və medal hesabı ilə Qəbələ komandası yüksək nəticə göstərərək birinciliyi əldə etmişdir. Zona birinciliyinin sonunda mükafatlandırma mərasimi keçirilib. Yarışda fərqlənən tatami ustaları medal və fəxri fərmanla təltif olunublar. Mübarizələrdə ilk 3  mövqedə yer alan cüdoçular Azərbaycan birinciliyə vəsiqə qazanmışdır.

Keçidlər