Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rusiya Federasiyasının Stavropol diyarı Kislovodsk kurort-şəhərinin başçısı Kurbatov Aleksandr Vyaçeslavoviç Qəbələ rayonuna səfər etmişdir.

31 oktyabr 2016 | 16:00

Rusiya Federasiyasının Stavropol diyarı Kislovodsk kurort-şəhərinin başçısı Kurbatov Aleksandr Vyaçeslavoviçin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər etmişdir.
Qəbələ şəhərində, rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev tərəfindən qarşılanan nümayəndə heyətinə rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngin olaraq Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. RİH başçısı  qədim Qəbələ şəhərinin bu günədək gəlib çatan qala divarının qalıqları və burada aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Qəbələ turizm bölgəsi olmaqla yanaşı beynəlxalq əhəmiyyətli mədəniyyət, incəsənət tədbirlərinə  həmçinin  idman yarışlarına da ev sahibliyi edir.
Rusiya Federasiyasının Stavropol diyarı Kislovodsk kurort-şəhərinin başçısı Kurbatov Aleksandr Vyaçeslavoviç öz növbəsidə göstərilən qonaqpərvərliyə görə öz minnətdarlığını ifadə etmişdir.
Natiq Rusiya Federasiyasının Stavropol vilayətinin Kislovodsk kurort-şəhəri və Azərbaycan Respublikasının Qəbələ rayonu arasında olan oxşar cəhətlərdən söz açaraq bölgədə təbiətin bəxş etdiyi füsünkar gözəlliklərin canlı şahidi olduğunu diqqətə çatdırmışdır. Mədəniyyət və turizm sahəsində qarşılıql əməkdaşlıq əlaqələrin davam etdirilməsindən söz açan  Aleksandr Kurbatov bunun  Kislovodsk  və Qəbələ şəhərləri arasında iqtisadi inkişafa təkan verəcəyini qeyd etmişdir. 
Səfər çərçivəsində nümayəndə heyəti rayon icra hakimiyyətinin inzibati binasına baxış keçirmiş,   fəaliyyət göstərən sənaye müəssisələri, müasir memarlıq üslubunda inşa olunmuş tikililər və turizm sektoru ilə yaxından tanış olmuşlar

Keçidlər