Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyəti ilə Kislovodsk kurort-şəhəri Administrasiyası arasında əməkdaşlıq və qardaşlıq münasibətləri haqqında Saziş imzalanıb.

02 noyabr 2016 | 16:00

Bakı şəhərində keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində Azərbaycan Respublikası, Qəbələ Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyası, Stavropol diyarı Kislovodsk kurort-şəhəri Administrasiyası arasında əməkdaşlıq və qardaşlıq münasibətləri haqqında Saziş imzalanıb.
Qeyd olunan sazişdə ikitərəfli iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, elm, səhiyyə, mədəniyyət kurort işi və turizm, əmək məşğulluğu və əhalinin sosial müdafiəsi məsələləri istiqamətində qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün əlverişli şəraitin yaradılması öz əksini tapıb.
Sazişi, Azərbaycan Respublikası tərəfdən Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev Rusiya Federasiyası tərəfdən Stavropol diyarı Kislovodsk kurort-şəhəri Administrasiyasının Başçısı Aleksandr Kurbatov imzalamışlar.

Keçidlər