Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələnin səsi” ədəbi birliyi yaradıldı.

10 noyabr 2016 | 16:00

Qəbələ Rayon Mədəniyyət Mərkəzində “Qəbələ” qəzeti redaktorunun və əməkdaşlarının bədii yazı ilə məşğul olan oxucularla görüşü keçirilmişdir. Görüşü giriş sözü ilə qəzetin redaktoru Varis Yaqubov açmış, bu tədbirin keçirilməsi məqsədi barədə danışmışdır. Varis Yaqubov bildirilmişdir ki, “Qəbələ” qəzeti redaksiyası bədii yazılarla məşğul olan oxucularla əlaqələri daha da fəallaşdırmağı qərara almışdır. Çünki məzmunlu bədii yazılar qəzetin oxunaqlılığını artırır, yazıları rəngarəng edir. Redaktor yazarları fəal olmağa, redaksiya ilə əlaqələri daha da artırmağa çağırmışdır.
Qəzetin əməkdaşı Qüdrət Səmədov “Qəbələ” qəzeti redaksiyasının həvəskar yazarlarla əlaqəsinin vəziyyəti barədə məlumat verdi, redaksiyaya çap olunmaq üçün təqdim olunan yazıların bədii keyfiyyətindən danışdı.
Bədii yazılarla məşğul olan oxucuların işini fəallaşdırmaq, onlarla işləməyi asanlaşdırmaq məqsədilə tədbir iştirakçılarının təklifi ilə “Qəbələnin səsi” adlı ədəbi birlik, bədii yazıları qiymətləndirmək və istiqamətləndirmək məqsədilə rəy şurası yaradıldı. Şuranın tərkibi seçildi.
Sonra “Qəbələ” qəzeti redaksiya heyəti təsdiq olunmuşdur. Rayonun qəsəbə və kəndlərində keçirilən tədbirləri, abadlıq, quruculuq işləri barədə məlumatları operativ şəkildə qəzetin səhifələrinə çıxarmaq məqsədilə Vəndam, Bum, Nic qəsəbələrində, Hacıalılı kəndində müxbir postları yaradıldı.
Yazarlardan Nargilə Qafarova, Emin Baratoğlu, Əhməd Məmmədli, Rasim Bayramoğlu, Zahid Əfəndiyev, Qərib Hüseynov, Mehrəli Mehrəliyev və başqaları çıxış edərək tədbirin keçirilməsi ilə əlaqədar fikrlərini söyləmiş, fikir mübadiləsi aparmışlar.
Görüşü “Qəbələ” qəzetinin redaktoru Varis Yaqubov yekunlaşdırmışdır.

Keçidlər