12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş toplantı keçirilmişdir.
Qəbələ Mədəniyyət Mərkəzində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş toplantı keçirilib. Toplantını giriş sözü ilə Qəbələ rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nargilə Qafarova açmışdır. Qeyd olunmuşdur ki, 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbul olunması ilə Azərbaycan Respublikasında dövlət quruculuğunun əsası qoyulmuşdur. Diqqətə çatdırılmışdır ki, Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilən Konstitusiyamız dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatların aparılmasına şərait yaradıb.Toplantıda çıxış edənlərdən Qəbələ rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Azər Şirinov, Mədəniyyət Mərkəzinin direktor müavini Şəbnəm Kamallı, YAP Qəbələ Rayon Gənclər Təşkilatının sədri Namiq Ağayev və Qəbələ MKS-nın direktoru Ramiz Mirzəyev Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran mükəmməl normativ - hüquqi sənəd kimi dəyərləndirmişlər.Milli dövlətçiliyimizin formalaşması və inkişafında Konstitusiyanın müstəsna xidməti və əhəmiyyəti olduğu qeyd olunmuş, əsas qanunun qəbul olunmasından ötən dövrdə Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük uğurların qazanıldığı, mühüm qanunvericilik aktlarının qəbul edildiyini diqqətə çatdırılmışdır.