Qanvermə aksiyası keçirilib.
“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Qəbələ rayonunda növbəti dəfə qanvermə aksiyası təşkil olunub.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə Qəbələ rayon Mərkəzi Xəstəxanasında “Qan ver, həyatı xilas et” şüarı ilə keçirilən humanitar aksiyada rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları ilk öncə qan vermək üçün müraciət edən vətəndaşları müayinə ediblər. Könüllü olaraq qan vermək üçün gün ərzində müraciət edən 180 nəfər vətəndaşdan qan götürülüb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.